Parlament reqlamentə dəyişiklik edir belə ki, deputatın aylıq maaşı 3626 lari artaraq 8250 lari olacaq. Maaşların artırılması ilə əlaqədar olaraq, deputatlara hər il maaş vermək üçün daha 5,7 milyon lari tələb olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- Parlament sədrinin maaşı 3260 lari artaraq 10 000 lari olacaq;
- Parlament sədrinin birinci müavininin maaşı 3 100 lari artaraq 9 500 lari olacaq;
- Parlament sədrinin müavininin maaşı 2910 lari artaraq 9250 lari olacaq;
- Komitə sədrinin və fraksiya sədrinin maaşı 3460 lari artaraq 9000 lari olacaq;
- Komitə sədrinin birinci müavini və fraksiya sədrinin birinci müavininin maaşı 3950 lari artaraq 8750 lari olacaq.
- Komitə sədrinin müavini və fraksiya sədrinin müavininin maaşı 3760 lari artaraq 8500 lari olacaq.
- Parlamentdə mövqe tutmayan deputatların maaşı 3626 lari artaraq 8250 lari olacaq.
Dəyişikliklərin təşəbbüskarı parlamentin sədri Şalva Papuaşvilidir. Onun sözlərinə görə, deputatın maaşı parlamentin nizamnaməsi ilə tənzimlənir və dövlət qulluğuna bağlı deyil, o cümlədən dövlət sektorunda olan 10 faizlik artım parlament üzvlərinə şamil edilmir.
"Bu, onunla nəticələndi ki, indiki vəziyyətlə, parlament üzvlərinin maaşı bir çox dövlət qulluqçularının, o cümlədən Gürcüstan parlamentinə hesabat verən strukturların işçilərinin maaşından aşağıdır. Həmçinin Gürcüstan parlamentinin aparatında bir neçə onlarla əməkdaş var ki, onların maaşı parlament üzvünün maaşından yüksəkdir. Ona görə də uyğunlaşdırmağa ehtiyac var", - Şalva Papuaşvili bildirib.
Parlament üzvünün maaşının artırılması ilə yanaşı, parlament üzvünün vəfat etməsi və ya əlil kimi tanınması halında birdəfəlik yardımın məbləği də artır. Deputat hücum nəticəsində həlak olarsa, mərhumun ailəsinə 20 min lari məbləğində birdəfəlik maddi yardım verilir. Deputat vəfat etdikdən sonra mərhumun ailəsinə 15 min lari məbləğində birdəfəlik maddi yardım verilir. Səlahiyyətlərinin icrası zamanı əlil kimi tanınan deputata 15 min lari məbləğində birdəfəlik yardım verilir.
Dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.