Martın 16-da axşam saatlarında evdən gəzintiyə çıxan 12 yaşlı qız Tbilisidə, Didi Diğomidə ölü tapılıb. Ailə üzvləri və hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı bir neçə saat idi ki axtarırdılar. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə araşdırma başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Azyaşlı qızı sonuncu dəfə Petritsi küçəsi yaxınlığındakı meydançada görüblər. Bir neçə saat sonra isə, uzaqlıqda, huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, qızı xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, uşağın boğaz nahiyəsində xəsarət qeydə alınıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit ekspertizaya göndərilib.
Bu, son bir həftədə təhlükə ehtiva edən mühitdə uşaq ölümü ilə bağlı ikinci haldır. Martın 12-də güclü külək səbəbilə eyni adlı “batut” aşmış, konstruksiyada olan iki gənc qardaş yaralanmışdı. Onlardan 8 yaşlı olan uşaq aldığı xəsarətlər nəticəsində dünyasını dəyişmişdi.
Acarıstan Polis İdarəsinin əməkdaşları “batut”un sahibi 65 yaşlı Eduard Abramyanı həbs edib. Prokurorluq təqsirləndirilən şəxsi “batut”un təhlükəsizliyi və istismar qaydalarının pozulmasında ittiham edir. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Batumi Şəhər Məhkəməsi Abrahamian barəsində həbs qətimkan tədbiri seçib.