DİN narkotik cinayətlərinə görə 55 nəfəri saxlayıb, onlardan 37-si narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə miqyasında müxtəlif vaxtlarda həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində narkotiklərlə bağlı cinayət törətdiklərinə görə 55 nəfər saxlanılıb. Onlardan 37-si narkotik vasitələri satmaq və satmağa cəhddə ittiham olunurlar.

Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze bu gün keçirilən brifinqdə bildirib ki, müttəhimlər narkotik satışı sxemlərinə qoşulublar. Xususilə, müxtəlif internet proqramları və sosial şəbəkələr vasitəsilə narkotik vasitələr sonradan satış üçün konkret yerlərdə yerləşdirilib, daha sonra həmin narkotik vasitələri almaqda maraqlı olan şəxslərə müvafiq təyinatlar və koordinatlarla göndərilib.

Qalan 18 nəfər isə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, marixuananın qanunsuz əldə edilməsi və saxlanması, habelə tərkibində xüsusilə külli miqdarda narkotik vasitə olan bitkinin qanunsuz əkilməsi və becərilməsi ittihamı ilə həbs edilib. 

“Polis əməkdaşları narkotik cinayətlərində təqsirli bilinərək saxlanılan şəxslərin göstərdikləri yerlərdən şəxsi axtarışı zamanı, o cümlədən şəxsi avtomobillərinə və yaşayış evlərinə baxış keçirərkən onlardan sübut kimi külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər: “kokain”, “heroin”, “subutex”, “həşiş”, “Mdma”, “Alpha-PVP”, “Suboxin”, eyni adlı sintetik narkotik vasitələr, “metamfetamin”, “metadon”, “tramadol”, “mephedrone”, “amfetamin”, “marixuana” və narkotik bitki - çətənə. Həmçinin kiçik elektrik tərəziləri, marixuananın becərilməsi üçün nəzərdə tutulmuş müvafiq avadanlıqlar, yapışqan lentlər və narkotik vasitələrin satışından əldə edilən pullar götürülüb”, - Teymuraz Kupatadze bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur