“Artıq müxtəlif dini və etnik azlıqların bayramlarının qeyri-iş günü elan edilməsi barədə düşünməyin vaxtı çatıb”, - Gürcüstan parlamentinin müstəqil deputatı Tariel Nakaidze bugünkü plenar iclasda bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nakaidzenin sözlərinə görə, o, artıq parlamentə təqdim edilmək üçün müvafiq qanunvericilik təşəbbüsü hazırlayıb və onu payız sessiyasında qeydiyyatdan keçirəcək.
“Sabah iyulun 28-dir. Müsəlman dünyası Qurban bayramını qeyd edir. Təəssüflər olsun ki, ölkəmizdə, hələ də müsəlman vətəndaşların dinin qoyduğu öhdəlikləri öz əqidələrinə uyğun olaraq yerinə yetirmək imkanı yoxdur.
Məsələn, mən bir millət vəkili kimi sabah sessiyada iştirak etməməyə praktiki olaraq məcburam, amma eyni zamanda burada mənim səsim vacibdir. Dövlət və ya özəl xidmətdə çalışan bir çox Gürcüstan vətəndaşı bu cür məcburiyyət qarşısındadır. Onlara bu günü bayram kimi qeyd etmək və öz əqidəsinə uyğun olaraq öhdəliklərini sərbəst şəkildə yerinə yetirmək imkanı verilmir”, - deyən Tariel Nakaidze, tələbələrin və şagirdlərin də eyni problemlə üzləşdiyini qeyd edib.
Ümumilikdə, altı gündən söhbət gedir. Deputatın sözlərinə görə, Gürcüstanda onsuz da kifayət qədər bayram günləri olmasına baxmayaraq, altı günün qeyri-iş günü elan edilməsinin “əmək bazarında fəlakətə səbəb olacağını” düşünmür.
Tariel Nakaidze onun təşəbbüsü həm hakim siyasi partiya üzvləri, həm də müxalifət tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.