İctimai məktəb direktorlarının attestasiya prosesində iştirak edən 27 müsabiqə iştirakçısı Təhsil və Elm Nazirliyinə qarşı məhkəməyə müraciət edib. Onlar ikinci attestasiya mərhələsinin - müsahibənin nəticələrinin ləğv edilməsini və onun yenidən keçirilməsini tələb edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təhsil nazirinin əmri ilə yaradılmış komissiyalar martın 20-dən aprelin 28-dək direktor vəzifəsinə namizədlərlə müsahibələr keçirib. Müsabiqənin bu mərhələsinə ümumilikdə 755 iştirakçı keçib. İyunun 8-də açıqlanan nəticələrə əsasən, 160-a yaxın iştirakçı müsahibədən keçə bilməyib.
Məhkəmədə 27 müsabiqə iştirakçısının maraqlarını müdafiə edən “Ədalətli Seçkilər” iddia edir ki, test imtahanında kifayət qədər yüksək bal toplayan, habelə ixtisası və təcrübəsi təsdiqlənmiş namizədlər müsahibə mərhələsindən keçə bilməyib və onlara sertifikat verilməyib. Onların arasında direktorluq təcrübəsi olan namizədlər də var olub.
Qeyri-hökumət təşkilatının qiymətləndirməsinə görə, Nazirlikdən əldə edilən müsahibə protokollarının öyrənilməsi əsasında qərara təsir edə biləcək əhəmiyyətli prosedur pozuntuları aşkar edilib, o cümlədən:
- Bəzi hallarda müsahibənin protokolları namizədin müsahibəsində ümumiyyətlə iştirak etməyən komissiya üzvləri tərəfindən imzalanıb;
- Müsahibə zamanı namizədlərə sual verən komissiya üzvləri müsahibə protokolunun bir hissəsini imzalamayıblar;
- Müsahibə protokollarında namizədlərin hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmir;
- Direktor olmaq istəyən müsabiqə iştirakçıları müsahibə mərhələsində qiymətləndirmə meyarlarından xəbərsiz olduqlarını və komissiya üzvləri tərəfindən heç bir qeyd aparılmadığını bildirirlər;
- Nazirlikdən verilən məlumata görə, namizədlər 6 meyar üzrə qiymətləndirilib, lakin müsahibə protokollarında komissiya üzvlərinin hər bir meyar üzrə müsabiqə iştirakçılarına verdiyi ballar barədə dəqiq məlumat yoxdur. Belə ki, “Ədalətli Seçkilər” bəyanatına əsasən, nazirliyin müsahibədən sonra protokol tərtib edərkən nəticələrə formal olaraq kriteriyalar tətbiq etdiyinə əsaslı şübhə yaranır;
- Müsahibə müddətinin uzunluğu və verilən suallar müsahibənin formallığına dəlalət edir- müsahibə əsasən 7-10 dəqiqə davam edib. Namizədlərin əksəriyyətinə komissiya üzvlərinin 2-3 sual verməsi namizədləri tam qiymətləndirməyə imkan verməyib.
“Ədalətli Seçkilər”in bəyanatına əsasən, siyasi kontekst nəzərə alınmaqla, direktorların seçilməsi müsabiqəsində namizədlərin ixtisaslarına, motivasiyalarına və təcrübələrinə görə deyil, siyasi məqsədəuyğunluğa əsaslanaraq qiymətləndirilməsi barədə əsaslı şübhə doğur ki, bununla da məktəbdə tədris prosesinin təkmilləşdirilməsi marağını saymamazlıqdır.