Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq həbs olunan Qiorqi Meladze və Dito Korinteli təxminən 4 aya yaxın həbsdən sonra Tsxinvali həbsxanasından azadlığa buraxılaraq martın 14-də Gürcüstanın mərkəzi hökumətinə təhvil verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
30 yaşlı Dito Korinteli və 36 yaşlı Qiorqi Meladze 2023-cü il noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndində, işğal xəttinin o tayında yerləşən kilsədən qaçırılıb. Tsxinvali Rayon Məhkəməsi onları qondarma Cənubi Osetiyanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilərək 6 ay müddətinə azadlıqdan məhrum edib. Cənubi Osetiyanın de-fakto Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına görə, martın 14-də Dito Korinteli və Qiorqi Meladze “müəyyən edilmiş qaydada Gürcüstan hakimiyyətinə təhvil verilib”.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti qeyri-qanuni həbs edilmiş vətəndaşların dərhal azad edilməsi üçün həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün digər vasitələrdən fəal istifadə edildiyini açıqlayıb.
“Məsələ Cenevrədəki beynəlxalq müzakirələr və insidentlərin qarşısının alınması və reaksiya mexanizmi formatları çərçivəsində kəskin şəkildə qaldırılıb. Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edəcək”, - DTX bildirib.
Gürcüstanın 6 vətəndaşı Tsxinvali həbsxanasında qanunsuz saxlanılır.