Oktyabrın 3-də Dmanisi Muzey-Qoruğunun rəhbəri Qoça Kiladze mərkəzin ərazisində yerli sakinlər tərəfindən ölü tapılıb. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə araşdırma aparılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qoça Kiladze 20 ilə yaxın Gürcüstan Milli Muzeyinin əməkdaşı və Dmanisi elmi qrupunun üzvü olub.
Dmanisi Muzey-Qoruğunun əməkdaşlarının sözlərinə görə, Kiladzenin səhhətində son zamanlar problemlər yaranmışdı.
Bundan əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, ola bilsin, Qoça Kiladze Mədəniyyət Nazirliyi tərəfindən təzyiqlərə məruz qalıb.
Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin Baş Müfəttişliyi bir ay əvvəl Orozmanda ekspedisiyada iştirak edən arxeoloqlardan birinin evindən çıxarılmış 1,8 milyon il əvvələ aid qədim insan dişi aşkar edib. Nazirlik materialların araşdırılması üçün prokurorluğa göndəriləcəyini açıqlayıb. Kiladzenin ölüm faktı ilə bu iş arasında əlaqə daha çox suallar doğurdu.
Tea Tsulukianinin mədəniyyət naziri təyin edilməsindən sonra Milli Muzeyin və digər qurumların onlarla əməkdaşı işdən çıxarılıb və ya başqa cür cəzalandırılıb.
“Gürcüstan xəbərləri” Mədəniyyət Nazirliyində son bir ildə Qoça Kiladzeyə qarşı hər hansı intizam cəzasının tətbiq edilib-edilmədiyini öyrənməyə çalışıb. Nazirlikdən bizə bildirdilər ki, Kiladze heç vaxt işdən çıxarılmayıb.
Dmanisi Muzey-Qoruğu Tiflisdən 85 kilometr aralıda yerləşir. Dmanisdə tapılan hominidlərin və heyvanların fosilləşmiş qalıqları, daş alətlər təxminən 1,8 milyon il əvvələ aiddir. Dünyanın heç bir abidəsində bir təbəqədə bu qədər çox hominid qalıqlarına rast gəlinməyib. Dmanisi abidəsi üzərində aparılan tədqiqatların nəticələri beynəlxalq elmi ictimaiyyətdə böyük əks-səda doğurdu və hominidlərin Afrikadan Avrasiyaya miqrasiyası ilə bağlı əvvəllər formalaşmış rəyi tamamilə dəyişdi.