Xaraqauli Bələdiyyəsinin sakrebulosunun “Vahid Milli Hərəkat” partiyasından olan üzvü Tornike Avalişvili polis əməkdaşları tərəfindən fiziki güc tətbiq etməklə sakrebulonun sessiyasından çıxarılıb. Avalişvili iclasda tələb edib ki, şura yerli hökumət məmurlarının yoxsullar üçün nəzərdə tutulan maddı yardım götürməsi ilə maraqlansın.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir neçə həftə əvvəl mən Sosial Xidmətlər Agentliyinin Xaraqauli şöbəsindən yaşayış müavinəti alan dövlət qulluqçularının siyahısını tələb etdim. Xidmətin rəhbəri, eyni zamanda “Gürcü arzusu”ndan sakrebulonun üzvü olan Kiazo Qamrekelaşvili məlumatın məxfi olduğunu deyərək mənə verməkdən imtina etdi. Sakrebulonun bugünkü iclasında mən ondan və sakrebulo üzvlərindən xahiş etdim ki, məmurların sosial yardım alması ilə maraqlansınlar.
Sakrebulo sədrinin birinci müavini Davit Kiknadzenin maaşı 3000 laridir. Sessiyada özü də etiraf edib ki, ailəsi sosial yardım alır. Kiknadze istisna deyil.
Bu zaman Xaraqauli bələdiyyəsində həddən artıq çətin vəziyyətdə olan və heç bir köməyi olmayan ailələr var. Bu mövzu ən aktualdır və mən görüşdə müzakirə etməyi xahiş etdim. Məni zaldan çıxarmaq üçün polis çağırdılar. Bu cür güc tətbiq etməklə məni üçüncü dəfə sakrebulonun iclasından çıxardılar ki, zalda qalan əksəriyyət rahat olsun”, - Tornike Avalişvili “Gürcüstan xəbərləri”nə bildirib.
Xaraqauli sakrebulosunun sədri Manana Barbakadze iclasın bu hissəsini canlı işıqlandıran yerli “Çemi Xaraqauli” nəşrinin redaktoru Laura Qoqoladzedən iclası işıqlandırmağı dayandırmağı tələb edib. Sakrebulo sədrinin sözlərinə görə, jurnalistin sessiyanı canlı göstərmək hüququ yox idi, çünki sakrebulo bu məsələni səsverməyə çıxarmalı idi.
Sakrebulo sədrinin birinci müavini Davit Kiknadze “Gürcüstan xəbərləri” ilə telefon danışığında onunla birlikdə yaşayan ailə üzvlərinin həqiqətən maddi sosial yardım aldığını təsdiqləyib.
Əmlakın statusu bəyannaməsinə əsasən, Davit Kiknadzenin həyat yoldaşı İa Tabatadze də Xaraqauli bələdiyyəsinin meriyasında maliyyəçi işləyir. Onların üç övladı var. Davit Kiknadze həm də əvvəlki çağırış sakrebulonun üzvü olub və bələdiyyənin saytında dərc olunan məlumata görə, o, Təhsil və Mədəniyyət Komissiyasına rəhbərlik edib. Komissiyaya sədrlik ödənişli fəaliyyətdir, baxmayaraq ki, Kiknadze öz bəyannaməsində ötən il ərzində əmək haqqı şəklində hansı gəlir əldə etdiyini göstərmir. Davit Kiknadzenin bəyannaməsində başqa uyğunsuzluqlar da var. Dövlət Xidmətləri Bürosunun vəzifəsi əmlak bəyannamələrinə nəzarət etmək və qanun pozuntuları aşkar edildikdə vəzifəli şəxsləri cərimələməkdir.
Sosial Xidmət Agentliyinin statistik məlumatlarına əsasən, 2022-ci ilin sentyabr ayına Xaraqauli bələdiyyəsi üzrə əhalinin 39.2 faizi (7636 nəfər) yaşayış müavinəti alır. Yaşayış müavinəti alanların sayına görə Mestia rayonu birinci yerdədir (73.5%); ikinci yerdə Lentexi rayonu (51.0%), Oni rayonu isə üçüncü yerdədir (49.5%). Mestia bələdiyyəsində, Mestia bələdiyyəsinin şəhər şurasının üzvlərinə, meriya işçilərinə, hətta tenderlərdə qalib gələnlərə, mişar zavodları, ailə otelləri və digər ticarət obyektləri olanlara da pul yardımı təyin edilib.