Dövlət xidmətlərində dekabrın 30-dan yanvarın 7-dək qeyri-iş günləridir

Gürcüstanın baş nazirinin qərarına əsasən, 2024-cü il yanvarın 3-dən 2024-cü il yanvarın 5-dək olan günlər inzibati orqanlarda işləyənlər üçün qeyri-iş günləri kimi müəyyən edilib. Bu qərara əsasən, dövlət qulluqçularının qeyri-iş günləri dekabrın 30-dan başlayıb yanvarın 7-dək davam edəcək.

Qərara əsasən, inzibati orqan tabeliyində olan/sisteminə daxil olan və bu qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edir, əgər onların funksiyalarının yerinə yetirilməsi dövlət səlahiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal qaydada fəaliyyəti üçün təxirəsalınmaz zərurətdirsə.

Qərar Gürcüstan Milli Bankının tabeliyi altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, habelə “Dövlət satınalmaları haqqında” Gürcüstan Qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur