Dolu vurması nəticəsində üzümləri məhv olmuş və üzüm bağı sığortalanmamış üzümçülərə dövlət ziyan dəymiş hər hektar üçün büdcədən 3500 lari ayıracaq. Bu barədə Gürcüstanın baş naziri oktyabrın 2-də hökumətin iclasında məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hazırda Kaxeti bölgəsində məhsul yığımı çox uğurla gedir. Mən şəxsən orada olmuşam, vəziyyət çox yaxşıdır. Xalqımıza imkan daxilində kömək edirik. Təəssüflər olsun ki, minlərlə hektar üzüm bağı doluya məruz qalıb, onların məhsulu məhv olub. Bu zədələnmiş üzümləri təhvil alacağımızı demişik. Artıq 20 milyon lari dəyərində zədələnmiş üzümləri təhvil almışıq, lakin buna baxmayaraq, onlar zədələndiyi üçün 2 il əvvəl olduğu kimi, zərər çəkmiş üzümçülərə yardım etmək və hər hektar üçün 3500 lari yardım kimi ayırmaq qərarına gəldik. Düşünürəm ki, bu, onlara bu zədələnmiş üzüm bağını xilas etmək üçün ondan məqsədyönlü istifadə etməyə və sonra onu yenidən bərpa etməyə kömək edəcək”, - deyə İrakli Ğaribaşvili bildirib.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Tengiz Nasaridzenin hökumətin iclasından sonra verdiyi açıqlamaya görə, sentyabrın 2-də və 17-də yağan dolu nəticəsində təxminən 6 min hektar üzüm bağına ziyan dəyib.
“Xoşbəxtlikdən bu ərazinin demək olar ki, yarısı sığortalanıb, bu, çox yaxşıdır. Lakin müəyyən faktorlar üzündən qalan ərazinin sahibləri üzüm bağını sığortalamayıblar. Hökumətin qərarına əsasən, üzümləri tamamilə zədələnmiş bütün üzümçülərə hər hektar üçün 3500 lari məbləğində yardım veriləcək mexanizm hazırlanıb”, - deyə Tengiz Nasaridze bildirib.