Tbilisi şəhər məhkəməsi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş birinci müavini İoseb Qoqaşvilini 5 il müddətinə azadlıqdan məhrum edib. Hakim Valerian Buqianişvili DTX-nın keçmiş yüksək vəzifəli məmurunu bütün beş ittiham üzrə təqsirli bilib. İoseb Qoqaşvili təqsirini boynuna almır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkillər təqsirləndirən hökmü Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirirlər.
“İş əvvəldən axıra qədər siyasi xarakter daşıyırdı, onun ədalət və qanunla heç bir əlaqəsi yox idi. Hakim heç bir hissədə kvalifikasiyasını belə dəyişmədi ki, bu da işin siyasi müəllifi ilə bağlı öncədən olan gözləntilərimizin real olduğunu bir daha göstərir. İoseb Qoqaşvili bu günü formallıq adlandırır, o bildirib ki, onun hökmü artıq yazılıb”, - deyə Qoqaşvilinin vəkili Ramaz Çinçaladze bildirib.
2015-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini işləmiş İoseb Qoqaşvili 2022-ci il iyulun 16-da xüsusi əməliyyat nəticəsində öz evində DTX tərəfindən həbs edilib.
Prokurorluğun məlumatına görə, Qoqaşvili vəzifə səlahiyyətlərini aşaraq, dövlət sirrini, şəxsi və personal məlumatları özündə ehtiva edən məlumatları şəxsi məqsədlər üçün Dövlət Təhlükəsizliyi Xidmətindən götürüb və öz yaşayış evində saxlayıb. İş materiallarına görə, qeyd olunan məlumatların bir hissəsi İoseb Qoqaşvilinin iştirakı ilə ictimai şəkildə yayılaraq vətəndaşların konstitusiya hüququnun pozulmasına və xeyli ziyana səbəb olub, dövlət sirrinin açılması təhlükəsi yaranıb.
İoseb Qoqaşvili şəxsi sirləri qanunsuz əldə etmək və saxlamaqda; Vəzifə statusdan faydalanaraq şəxsi məlumatların qanunsuz əldə edilməsi, saxlanması, kütləvi yayım yolu ilə yayılmasında; Vəzifə səlahiyyətlərini aşmaqda; Dövlət sirrinin qəsdən yayılmasında; Odlu silah və döyüş sursatlarının qanunsuz alınması və saxlanmasında ittiham olunurdu. Cinayətlərə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İşin prokuroru İrakli Marşania izah edib ki, Qoqaşvili cəzaların mənimsənilməsi prinsipini nəzərə alaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. İttiham tərəfi əsaslandırılmış hökmə baxdıqdan sonra cəza həcmini şikayəti edib-etməməsinə qərar verəcək.
Məhkəmə iclasları qapalı keçirilib.
İoseb Qoqaşvili istintaq təcridxanasında olarkən daxili işlər naziri Vaxtanq Qomelauri, Bidzina İvanişvilini və digər şəxsləri bir sıra ağır cinayətlərdə, o cümlədən azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən qaçırılmasında, seçkilərin saxtalaşdırılmasında, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq, hakimlərə təzyiq, kütləvi qanunsuz müşahidə və s-də ifşa edib. Daxili işlər naziri bütün ittihamları rədd edib.