“Edison Research”in araşdırmasına görə, Gürcüstan əhalisinin 63%-i ölkənin yanlış istiqamətdə, 37%-i isə düzgün istiqamətdə inkişaf etdiyini düşünür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bununla yanaşı, ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlərin sayı artıb: dekabrda onların sayı 57%, apreldə 59%, iyulda isə 63% təşkil edib.
Ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlərin nisbəti 25-34 yaş qrupunda ən yüksəkdir - 72%. 18-24 yaş qrupunda bu göstərici 71% təşkil edir. Qeyd edək ki, bütün ayrı-ayrı yaş qruplarında ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlərin sayı üstünlük təşkil edir.
Əvvəlki araşdırmalarla müqayisədə Gürcüstanın başqa partiya tərəfindən idarə olunmaalı olmasına inananların sayı artıb. Yalnız 29% “Gürcü A rzusu”nun yenidən seçilməyə layiq olduğunu deyir.
“Edison Research”in ictimai rəy sorğusunun nəticələrinə görə, sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərdiniz sualına görə nəticələr aşağıdakı kimidir:
- “Gürcü Arzusu” / “Xalqın Gücü” – 32,4%;
- “Birlik”: “Milli Hərəkat” / “Strategiya Ağmaşenebeli” – 17,3%;
- “Güclü Gürcüstan”: “Lelo”/ “Xalq Naminə”/ “Azadlıq Meydanı” – 12,8%;
- “Qaxariya Gürcüstan Naminə” – 11,2%;
- Dəyişikliklər Naminə Koalisiya: “Axali” / “Qirçi” / “Droa” – 9,9%;
- “Qirçi”, İaqo Xviçia – 5,2%;
- “Leyboristlər Partiyası” – 3,3%;
- “Vətənpərvərlər Alyansı” və “Alt İnfo” – 2,6%;
- “Vətəndaşlar” - 2%;
- “Avropa Gürcüstanı” – 1,9%;
- “Ədalət” Naminə Eka Beselia - 0,9%;
- Digər partiyalar – 0,4%.
İctimai rəy sorğusu “Formula” televiziyasının sifarişi ilə beynəlxalq araşdırma şirkəti “Edison Research” tərəfindən həyata keçirilib. Araşdırma çərçivəsində Gürcüstanda yaşayan 18 yaş və yuxarı səsvermə hüququna malik 1000 nəfərlə üzbəüz sorğu üsulu ilə müsahibə aparılıb. Səhv marjası Gürcüstan miqyasında +/- 2,5% və Tbilisi miqyasında +/- 2,5%, 95% etimad intervalındadır. Sahə işləri 11-24 iyul tarixləri arasında aparılıb.