“Heç vaxt işğal olunmuş Abxaziyaya belə yüksək səviyyəli səfər olmayıb. Rusiya Abxaziyanın müstəqilliyini tanıyanda yalnız Sergey Lavrov gəlib. Lukaşenkonun səfərinin mesajı o ola bilər ki, Belarus Abxaziyanın müstəqilliyini tanımaq niyyətindədir”, - politoloq, barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvili belə deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bir ay əvvəl işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya demişdi ki, “respublika” Ukraynadakı müharibədən sonra yarana biləcək Belarus-Rusiya və digər ölkələrin müttəfiq dövlətinə qoşulmağa hazırdır.
Zakareişvilinin sözlərinə görə, Belarus Abxaziyanın müstəqilliyini tanımasa, müttəfiq dövlətə qoşula bilməyəcək.
“Bu baş verərsə, Belarusla diplomatik münasibətləri pozacağıq. Ümid edirəm ki, Lukaşenko vaxtı uzadacaq və başa düşür ki, Abxaziyanın müstəqilliyini tanımaqla Rusiyanın düşərgəsinə düşəcək”, - ekspert Tornike Şaraşenidze deyir.
Rondeli Fondunun tədqiqatçısı, analitiki Zurab Batiaşvili hesab edir ki, Belarus prezidentinin niyyəti nə olursa olsun, Gürcüstan tərəfindən ən sərt reaksiya vermək lazımdır: “Hökumət dərhal hərəkətə keçməlidir, ən azından Belarusla diplomatik əlaqələri kəsməliyik”.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Giorgi Qobronidze bildirir ki, işğal olunmuş ərazilərlə bağlı Gürcüstan qanunvericiliyini pozduğuna görə Belarus prezidentinin Gürcüstana girişi qadağan edilməlidir.
“Həmçinin əlavə məsləhətləşmələr üçün dərhal Gürcüstan səfirini çağırmalıyıq. İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinə yenidən baxılmalıdır. “Belavia”nın Gürcüstandakı mövqeləri ilə bağlı məsələ qaldırılmalıdır.
Belarus səfirliyinin bir neçə diplomatı ölkədən qovulmalıdır. Biz Minskdən rəsmi izahat və üzr istəməyi tələb etməliyik. Həmçinin, siyasi dissidentlərə sığınacaq verilməsi qaydalarının sadələşdirilməsi ilə yanaşı, Belarus vətəndaşları üçün viza rejiminin yaradılması ilə bağlı müzakirələrə başlanmalıdır.
Bu, özünə hörmət edən dövlətin ilk mərhələdə görməli olduğu tədbirlərin kiçik siyahısıdır”, - Qobronidze Belarus prezidentinin işğal olunmuş Abxaziyaya səfərinə belə cavab verir.
Belarus prezidenti Aleksandr Lukaşenko Putinlə görüşdən sonra, bugün, sentyabrın 28-də işğal altındakı Abxaziyaya səfər edib və separatçı hökumətin rəhbərləri ilə görüşüb. İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya, de-fakto xarici işlər naziri İnal Ardzinba və Lukaşenko arasında görüş Rusiyanın təhvil verilməsini tələb etdiyi Biçvinta şəhərinin dövlət bağ evində keçirilib. “Biz təkcə dostluq körpüsü qurmaq deyil, həm də çox ciddi münasibətləri nizamlamaq istəyirik”, - Lukaşenko görüşdə deyib. Məlumatı Abxaziyanın de-fakto prezidentinin administrasiyası yayıb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar etiraz əlaməti olaraq Belarusun Gürcüstandakı səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirlik Aleksandr Lukaşenkonun Gürcüstanın dövlət sərhədini, beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozaraq, işğal olunmuş Abxaziya regionuna “səfər”ini pisləyir. Xarici İşlər Nazirliyi Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hərəkətlər etməməyə çağırır.
Gürcüstanın işğal olunmuş ərazilərinin - Abxaziya və Tsxinvalinin müstəqilliyi Rusiya, Nikaraqua, Venesuela, Nauru və Suriya tərəfindən tanınıb.