“Elitar korrupsiya yeni miqyas alıb, elitanın iştahının həddi-hüdudu yoxdur” – Zurabişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Prezident Salome Zurabişvili parlamentdə çıxışı zamanı Gürcüstanda nəzarətsiz elitar korrupsiyanın mövcudluğundan danışıb. Onun sözlərinə görə, korrupsiya “etibarlı kasta”nı hakim qrup ətrafında hörən “zəruri  sement”dir.

“Elitar korrupsiya yeni miqyas alıb ki, bu da elitanın iştahının həddi-hüdudu olmadığının və əslində heç nəyə nəzarət olunmadığının, heç kimin məsuliyyətinin üzə çıxmadığının göstəricisidir. Ona görə ki, elitar korrupsiya etibarlı kastanı monolit hakimiyyət ətrafında birləşdirən zəruri sementdir – onlar hakimiyyətdə rəqabət etmirlər, əksinə sərvəti bölüşürlər.

Hakimiyyətin ilahiləşdirilməsi və bütləşdirilməsi öz şaquliliyi, təkpartiyalılığı, təkfərdli qərarları, təşəkkürləri, sağ qalmaq üçün özünü alçaltması və təqsirli bilməsi, güzəştə getməsi, qulaq asmaları və dinləmələri, klanları və qulları ilə birbaşa sovet mirasıdır. Mən burada sovet sistemindən danışıram”, - prezident bildirib.

Salome Zurabişvilinin fikrincə, müstəqillik əldə etdikdən sonra hökumətlərin heç biri hakimiyyət monolitini dağıtmaq və demokratik qüvvələr balansını bərpa etmək üçün özündə güc və iradə tapa bilməyib. Prezident məhkəmə “klanı”nı xatırladıb və onun mövcud sistemin köməkçi aləti olduğunu qeyd edib.

“Hakimiyyət əldən-ələ keçdi, başqa bir sahibi çıxdı, lakin sistem əsaslı şəkildə dəyişdirilmədi və dəyişdirilə bilmədi. Bu sistem hakimiyyətin köməkçi alətləri kimi məhkəmədən və bütün güc strukturlarından istifadə edərək hakimiyyətin bir əldə və bir şaquli xətt üzərində cəmlənməsini nəzərdə tutur.

Məhkəmə “klanı” bu əbədi sistemin təcəssümünə çevrilib: Murusidze və Çinçaladze dünənkinə etdikləri kimi fədakarlıqla bugünkü hakim komandaya xidmət edirlər və heç nə dəyişməsə, sabah da yeni sahib tapacaqlar, ona da sədaqətlə xidmət bəyan edəcəklər”, - deyə prezident bildirib.

Salome Zurabişvilinin sözlərinə görə, bu sistem müxalifəti sıxışdırmaq istəyi ilə xarakterizə olunur, onun nə siyasi rəqibə, nə də tənqidi rəyə ehtiyacı yoxdur: “Ona görə də istənilən alternativ avtomatik olaraq şeytanlaşdırılır, yəni satqın, agent, radikala damğası vurulu - “kim məni hakimiyyətdə dəyişirsə, deməli ölkə ilə mübarizə aparır”. Kompromislər gözdən salmaq və məhv etmək vasitəsidir, rüşvət isə yumşaq alternativdir”.

Bu gün, fevralın 6-da Salome Zurabişvili parlamentə illik məruzəsini çıxış edib. Bu, onun prezident kimi son hesabatıdır. “Bu gün mən sonuncu dəfə, ilk dəfədir ki, Avropa İttifaqına namizəd dövlətin prezidenti kimi çıxış edirəm. Sizi təbrik edirəm”, - Zurabişvili çıxışının əvvəlində bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur