Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurub - Paşinyan

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün faktiki olaraq dondurulduğunu bildirib. Bundan başqa, Paşinyanın sözlərinə görə, Rusiyanın Ermənistandakı hərbi bazasının bağlanması məsələsi “gündəmdə deyil”.

“Hesab edirəm ki, təşkilat Ermənistana münasibətdə, xüsusən 2021 və 2022-ci illərdə təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib. Bu diqqətdən kənarda qala bilməzdi. Bu gün biz bu təşkilatda iştirakımızı praktiki olaraq dondurmuşuq. Görək sabah nə olacaq”, - Paşinyan fransalı jurnalistin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından mümkün çıxması ilə bağlı sualını cavablandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın bəyanatını şərh edib və bildirib ki, Ermənistan təşkilata üzvlüyünü dayandırmaq üçün rəsmi tədbirlər görməyib. “Biz həmkarlarımızla əlaqə saxlayıb bu bəyanatların mənasını öyrənəcəyik. Təfərrüatları başa düşmək çox vacibdir və ümid edirik ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - Peskov Rusiya mətbuatına bildirib.

Nikol Paşinyan dəfələrlə Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanla Azərbaycan arasında münaqişələr zamanı yardım göstərmədiyinə görə tənqid edib.

2022-ci ilin noyabrında Paşinyan təşkilatın Təhlükəsizlik Şurasının bəyannaməsində “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzünə siyasi qiymət verilmədiyi üçün” imzalamayıb. 2023-cü ilin yanvarında baş nazir təşkilata üzv ölkələrin birgə təlimlərini - “Sarsılmaz Qardaşlıq 2023”ü Ermənistan ərazisində keçirməkdən imtina edib. İyulda Belarusda keçirilən təlimlərdə Ermənistan iştirak etməyib. Noyabrda Nikol Paşinyan təşkilatın Minsk sammitində iştirak etməyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2002-ci ildə yaradılıb və ona Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur