Azərbaycan Respublikasının Milli Məclisində (MM) Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Konstitusiyaya və Qurana and içdikdən sonra İlham Əliyev çıxış edərək Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Vasitəçilər və erməni tərəfi ilə çoxsaylı görüşlərdə bütün öhdəliklərin yerinə yetirilməli olduğu elan edilib. Kapitulyasiya aktında hər şey aydın şəkildə göstərilir. Bəzi öhdəliklər yerinə yetirildi - təzyiq altında, qorxuya görə. Lakin zaman keçdikcə bizə qarşı daha bir ərazi iddialarının şahidi olduq.
Biz haqlı olaraq bütün şərtlərin və öhdəliklərin yerinə yetirilməsini tələb etmişik. Bu öhdəlikləri Ermənistan özü imzalayıb. Onların arasında, ilk növbədə, qeyri-qanuni silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi ilə bağlı öhdəliklər var idi. Üç ildir ki, bu məsələ həllini tapmır.
Ermənistan sanki ikinci Qarabağ müharibəsinin nəticələrini unudub. Bəlkə də kimsə onları bu öhdəlikləri heç yerinə yetirməməyə təşviq edib", - Əliyev bildirib.
Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın nə qədər himayədarı olsa da, heç kim Azərbaycanın qarşısını ala bilməz:
"Bizim Ermənistanın ərazilərinə qarşı heç bir iddiamız yoxdur, baxmayaraq ki, onlar da öz iddialarından əl çəkməlidirlər. Bizi əsassız iddialarla şantaj etmək baha başa gələcək və bunu hamı görür. Ordunun yaradılması prosesi davam edəcək. Bu gün də dövlət büdcəmizdə ən böyük xərc hərbi xərclərdir".
Əliyev əlavə edib ki, fevralın 7-də prezident seçkiləri günü Xankəndində seçki qutusuna atdığı bülleten sadəcə seçki bülleteni deyil -"Bu, erməni separatçılarının tabutuna son mismar oldu".
Dünən, fevralın 13-də Ermənistan-Azərbaycan sərhədində, Nerkin-Handis rayonunda baş vermiş toqquşma nəticəsində 4 erməni əsgəri həlak olub, bir əsgər isə yaralanıb. Tərəflər bir-birini atəş açmaqda ittiham ediblər. Bu, Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyata başladığı və suverenliyinin bərpa olunduğunu elan etdiyi ötən sentyabr ayından bəri ilk böyük toqquşma idi. Dünənki insidentdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın münaqişəyə son qoymaq niyyətində olmadığını bildirib.
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ uğrunda iki müharibə aparıb, biri 1990-cı illərdə, ikincidi 2020-ci ilin payızında. 2020-ci ildə hər iki tərəfdən 6500-dən çox insanın həyatına son qoyan altı həftəlik müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatdı. Daha sonra Bakı Dağlıq Qarabağın və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti bərpa etdi.