Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 3-də saat 21:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərini minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Silahlı qüvvələrin bölmələrinin cavab tədbirləri nəticəsində düşmən tərəfindən atəş dayandırılıb. Ermənistan tərəfinin itkisi yoxdur”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfini atəş açmaqda ittiham edir.
“Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Avqust ayında Azərbaycanla Ermənistan arasında vəziyyət gərginləşib. Avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ordusunun Laçın şəhərinə yerləşdirildiyini, həmçinin Zabux və Sus kəndləri üzərində nəzarətin qurulduğunu elan edib. Sözügedən ərazilər 1992-ci ildən sonra de-fakto olaraq qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olub. Avqustun 31-də Paşinyan və Əliyev Brüsseldə görüşüb. İclasda Avropa Şurasının prezidenti Şarl Mişel də iştirak edib və o bildirib ki, digər məsələlərlə yanaşı, sərhədlərin delimitasiyası və vəziyyətin sabitliyinin təmin edilməsi yolları da müzakirə olunub. Tərəflər noyabrda eyni formatda görüşmək barədə razılığa gəliblər.
Sentyabrın 13-də Ermənistanla Azərbaycan arasında silahlı münaqişə yenidən başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, döyüşlər nəticəsində 105 erməni hərbçisi həlak olub və Azərbaycan Ermənistanın 10 kvadrat kilometr ərazisini tutub. Azərbaycan tərəfdən də qurbanlar olub.
Sentyabrın 14-də Paşinyanın bəyanatından sonra İrəvanda kütləvi etiraz aksiyası keçirilib. Daha sonra Ermənistanın baş naziri dəqiqləşdirib ki, o, Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bir sənədi heç vaxt imzalamayacaq.
Söhbət Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə iqtisadi dəhlizin olması tələbindən gedir. Elə ki, Ermənistan tərəfi nəqliyyat və yükləri yoxlamasın.