Ermənistanın Baş Naziri Nikol Paşinyan iyunun 3-də Ankaraya gələcək və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Ermənistan hökumətinin məlumatına görə, Paşinyan tədbirə dəvət olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ərdoğan mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda üçüncü müddətə Türkiyə prezidenti seçilib. Paşinyan onu qələbə münasibətilə təbrik edib və bildirib ki, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün birgə fəaliyyəti davam etdirməyi səbirsizliklə gözləyir.
Türkiyəyə səfər edən sonuncu Ermənistan dövlət başçısı keçmiş Prezident Serj Sarkisyan idi. Səfər 14 il əvvəl, 2009-cu ildə baş tutmuşdu.
Ermənistanla Türkiyənin diplomatik əlaqələri yoxdur. Qonşu ölkələrin bir sıra məsələlərə, o cümlədən 1915-ci il hadisələrinə münasibəti fərqlidir. Xüsusilə, Ermənistan və bir çox Qərb ölkəsi Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə öldürülməsini soyqırım olaraq tanıyır. Türkiyə belə bir qiymətləndirmə ilə razılaşmır. Bundan başqa, Türkiyə Azərbaycanın yaxın müttəfiqidir - 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana dəstək əlaməti olaraq Ermənistanla quru sərhədini bağlamışdı, hansı ki, yalnız 30 il sonra, 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı humanitar yardım üçün açılmışdı.
Türkiyə 2020-ci ildə 44 günlük Qarabağ müharibəsində də Azərbaycana dəstək vermişdi.
Ölkələr arasında münasibətlərin normallaşması 2021-ci ildən başlayıb. 2022-ci ilin martında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyaya diplomatik foruma gəlmişdi ki, bu da yüksək rütbəli erməni rəsminin son on ildə Türkiyəyə ilk səfəri idi. Həmin ilin oktyabrında Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada üz-üzə görüşmüşdülər.