Ermənistanla Azərbaycan arasında baş verən silahlı qarşıdurma nəticəsində azı 7 hərbçi həlak olub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistan-Azərbaycan sərhədi yaxınlığında, Laçın dəhlizində baş verən silahlıqarşıdurmada azı 7 nəfər həlak olub. Tərəflər bir-birini atəş açmaqda ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, “erməni tərəfinin təxribatının qarşısını alarkən” 3 hərbçi həlak olub, Ermənistan Müdafiə Nazirliyi isə 4 nəfərin həlak olduğunu, 6 nəfərin yaralandığını bildirir.

Sərhəddə atışma aprelin 11-i günorta saatlarında baş verib. Ermənistan hakimiyyətinin məlumatına görə, onların hərbi qulluqçuları Ermənistan ərazisində, Azərbaycanın Laçın şəhəri yaxınlığında, ondan təxminən 9 kilometr aralıda yerləşən Teğ kəndi yaxınlığında olublar. Digər tərəfdən, Azərbaycan bəyan edib ki, Ermənistan silahlı qüvvələri Laçın yaxınlığında, Azərbaycan mövqeləri istiqamətində intensiv atəşhəyata keçirib.

Ermənistan və ermənilərin məskunlaşdığı Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi Laçın dəhlizində gərginlik davam edir. Dəhlizə Rusiya sülhməramlıları nəzarət edir.

Bundan əlavə, Laçın dəhlizinin azərbaycanlı fəallar tərəfindən bağlanmasından 4 ay ötür. Fevral sonunda Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycan hakimiyyətinə insanların, nəqliyyatın və yüklərin hər iki istiqamətdə rahat hərəkətini təmin etmək üçün bütün tədbirləri görməyi tapşırıb. Ermənistan hakimiyyəti blokadanın humanitar fəlakətə səbəb ola biləcəyini iddia edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur