Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurası “Gürcü Arzusu”nun təşəbbüsü ilə təkrardan irəli sürülən rus qanununa “qəti şəkildə qarşı çıxır və pisləyir”. Şuranın fikrincə, sözügedən qanun ölkənin demokratik inkişafına və Avro-Atlantik istəklərinə zərbə vurur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Etnik Azlıqlar Şurası parlamenti rus qanununun müzakirəsini dayandırmağa çağırır“Təqdim olunan qanun layihəsi vətəndaş cəmiyyətinin roluna ağır zərbə vurur və insan hüquqlarının praktiki müdafiəsi və müdafiə mexanizmlərini, etnik və dini müxtəlifliyin qorunması, saxlanılması və inkişafı imkanlarını, cəmiyyətdə mədəni və sosial məsuliyyətin tam şəkildə həyata keçirilməsini gözdən salır.
Biz qəti şəkildə inanırıq ki, bu qanun layihəsinin qüvvəyə minməsi Gürcüstanın uzun illər boyu davam edən Avropa İttifaqına qoşulmaq ambisiyasını və onilliklər ərzində həvəslə can atdığı məqsədi təhlükə altına atacaq. Avrointeqrasiyaya can atmaq təkcə milli istək deyil, həm də vətəndaşlarımızın böyük əksəriyyəti tərəfindən dəstəklənən konstitusiya öhdəliyidir.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ölkənin demokratik inkişafı üçün sarsıdıcı olacaq! Keçən il olduğu kimi, indi də eyni şəkildə bəyan edirik ki, sözügedən qanun layihəsinin və ya buna bənzər hər hansı təşəbbüsün qanuna çevrilməməsi prinsipial əhəmiyyət kəsb edir! Biz Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanuna baxmağı dayandırmağa çağırırıq”, bəyanatda deyilir.
Hazırda müraciətə 13 təşkilat imza atıb: “Vətəndaş İştirakı və Müki Fəaliyyət Mərkəzi” (CEAC), “Qırmızı Körpü”, “Həmrəylik Hərəkatı”, “Vətəndaş İnteqrasiya Fondu”, “Gürcüstanın Azərbaycanlı Gənclər Birliyi”, “Sülh Fondu”, “Gürcüstan Udiləri”, “Açıq Sərhədlər”, “Vətəndaş Bərabərliyi Platforması”, “Demokratiya və İnteqrasiya Resursları”, “Udi Assosiasiyası”, “Pankisinin Rifahı üçün İcma Birliyi” və “Alik Media”.
Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin iclasında etiraz aksiyası fonunda “agentlər haqqında” rus qanunu müzakirə olunub. Parlament sədri Şalva Papuaşvilinin qərarına əsasən, onlayn media orqanlarının akkreditə olunmuş jurnalistlərinin qanunverici orqana daxil olması qadağan edilib. Komitənin sədri Anri Oxanaşvili müxalif deputatların bəzilərini iclasdan qovub.