Bu gün, fevralın 29-da çöl quşlarının ov mövsümü başa çatır. Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşlara xəbərdarlıq edir ki, martın 1-dən avqustun 1-dək çöl quşlarının ovuna qadağa qoyulacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanunsuz ovun qarşısının alınması məqsədilə Ətraf Mühitə Nəzarət Departamenti 24 saatlıq rejimdə nəzarət həyata keçirəcək. Qanunu pozan şəxsə müvafiq cərimə sanksiyaları tətbiq ediləcək.
“Bəzi hallarda əldə edilmiş əşyalar və ov silahları müsadirə olunacaq. Həmçinin qanuna görə, şəxs ov silahı gəzdirmək hüququndan məhrum edilə bilər. Quşların qanunsuz ovlanması halında, ətraf mühitə dəymiş ziyanın məbləği cəriməyə əlavə edilir. Əldə edilən ov ətraf mühitə külli miqdarda ziyan vurubsa, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılacaq”, - deyə Ətraf Mühitə Nəzarət Departamenti bildirilib.
Ötən mövsüm ərzində avqustun 19-dan fevralın 28-dək qanunsuz ov və ov qaydalarının pozulması ilə bağlı 685 fakt qeydə alınıb.
Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları qanun pozuntuları ilə bağlı Milli Ətraf Mühit Agentliyinin 153 qaynar xəttinə (indekssiz, zəng pulsuzdur, anonimlik qorunur) zəng etməyi tövsiyə edir.