Fevralın 7-də magistral yollarda hansı məhdudiyyətlər tətbiq edilir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri(Posta)-Kobi hissəsində uçqun təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Güclü qar və aşağı temperaturla əlaqədar Vaziani-Qombori-Telavi avtomobil yolunun 30-km-50-ci kilometrliyində (Qombori kəndi - "Şuamta monastırı döngəsi) sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilib. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir.

Güclü qar və aşağı temperatur səbəbindən Tianeti-Axmeta-Kvareli-Niniqori avtomobil yolunun 1 km-30 kilometrlik hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyatların və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Digər nəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir.

Güclü qar, buz və görmə məsafəsinin az olması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Çətin meteoroloji şərait (qar, çovğun, zəif görmə) ilə əlaqədar beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil yolunun 90 km-112 kilometrlik hissəsində, həmçinin beynəlxalq əhəmiyyətli Axalkalaki-Kartsaxi avtomobil yolunun 1 km -36,5 km hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyatların və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Güclü qarla əlaqədar Kutaisi (Motsemeta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39 km-62 kilometrlik hissəsində (Nakerala aşırımı) və həmçinin Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu, yarımqoşqulu avtonəqliyyatların hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Güclü qar və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun 1 km-52 kilometrlik (Qomi-Saçxere) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Güclü qar və aşağı temperaturla əlaqədar Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 31 km-66 km hissəsində (Çarqali döngəsi-Biso) qar uçqunu təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Avtomobil yolunun 1 km-31 km (Jinvali-Çarqlı döngəsi) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.

Kutaisi (Tskaltubo döngəsi)-Tskaltubo-Tsageri-Lentex-Lasdili avtomobil yolunun 125 km-151 km hissəsində (Mele-Lasdili) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Həmin avtomobil yolunun 99 km-125 km hissəsində (Gvelieri-Mele) qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Güclü qar və uçqun təhlükəsi ilə əlaqədar Zuqdidi-Cvari-Mestia Lasdil avtomobil yolunun 177 km-186 km (Kala-Uşquli) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Eyni zamanda, avtomobil yolunun 30 km-177 km (Cvari-Kala) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin, 30-dan çox yer tutumu olan avtobusların hərəkəti qadağandır. Həmin yolun 70 km-177 km (Xaişi-Kala) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq maşınlarının hərəkəti sərbəstdir. Magistral yolun 1 km- 30 km (Zuqdidi-Jvari) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur