Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 31-ci üzvü oldu. Beləliklə, Rusiya Federasiyası ilə müdafiə ittifaqqının ümumi sərhədi iki dəfə artaraq 2600 kilometrə çatdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Finlandiyanı Şimali Atlantika İttifaqında alqışlayırıq”, - Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ABŞ dövlət katibi Entoni Blinkenə üzvlük ərizəsini təqdim etdikdən sonra NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldəki NATO qərargahında deyib.
Yens Stoltenberq və Finlandiya prezidenti Sauli Niiniste NATO-nun qərargahında Finlandiya bayrağını ucaldıblar.
“Böyük qürur hissi ilə Finlandiyanı Şimali Atlantika İttifaqımızın tamhüquqlu üzvü kimi alqışlayıram və mümkün qədər tez bir zamanda İsveçi salamlamaq fürsətini səbirsizliklə gözləyirəm. NATO-ya üzv olmaq Finlandiya üçün, Şimali Avropa ölkələrinin təhlükəsizliyi üçün və bütövlükdə NATO üçün yaxşıdır. Finlandiyanın əhəmiyyətli və yüksək bacarıqlı silahlı qüvvələri, milli müdafiə sahəsində təcrübəsi və NATO müttəfiqləri ilə çiyin-çiyinə işləmək təcrübəsi var.
Belə bir zamanda dostlar və müttəfiqlər həmişəkindən daha vacibdir və indi Finlandiya dünyanın ən güclü dostlarına və müttəfiqlərinə malikdir. Prezident Putin NATO-nun qapısını döymək istədi. Bu gün biz dünyaya göstərdik ki, o uğursuzluğa düçar oldu, təcavüz və hədə-qorxu nəticə vermir. Daha az NATO əvəzinə, o, əksinə daha çox NATO-ya nail oldu və qapımız yenə açıqdır”, - Yens Stoltenberq bildirib.
Rusiya ilə 1300 kilometrə qədər quru sərhədi olan və uzun onilliklər ərzində NATO-ya üzv olmaqdan çəkinən Finlandiya ittifaqa qoşulmaq qərarına Rusiyanın Ukraynaya hücumundan sonra, 24 fevral 2022-ci ildə gəlib. İsveç də üzvlük üçün ərizə verib, lakin Türkiyənin etirazına görə hələ də üzv olmayıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq ölkənin şimal-qərbində hərbi nümayəndəliyini artıracaq.
“Biz qərb və şimal-qərb istiqamətlərində hərbi potensialımızı gücləndirəcəyik. Finlandiya ərazisinə NATO-nun digər üzvlərinin qüvvə və təchizatlarının yerləşdiriləcəyi təqdirdə, biz Rusiyanın hərbi təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün əlavə tədbirlər görəcəyik”, - deyə Qruşko bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasına Twitter səhifəsində rəy bildirib. Prezident Finlandiyanı təbrik edib və qeyd edib ki, bu gün tarix yazılıb. “Bu, güclü stimuldur və Gürcüstan Avroatlantik inteqrasiya yolunda sədaqətlə davam edəcək”, - Salome Zurabişvili yazır.