Finlandiya sentyabrın 30-dan etibarən sərhədini rus turistlər üçün bağlayır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun bəyanatına görə, sentyabrın 30-dan Finlandiya rusiyalı turistlər üçün sərhədi bağlayacaq. Şengen vizası olan Rusiya vətəndaşları xüsusi bir səbəb olduğu halda Finlandiyaya daxil ola biləcəklər. Buraya Finlandiyadakı bir ailə üzvünü ziyarət etmək, həmçinin təhsil və ya iş vizası daxildir. İstisna diplomatlara və Rusiya müxalifətinin nümayəndələrinə aiddir.

Finlandiyanın xarici işlər naziri Rusiya vətəndaşlarının axınını Finlandiyanın beynəlxalq münasibətləri üçün təhlükə hesab edir. Bu, xüsusilə Finlandiya kimi Rusiya ilə quru sərhədi olan Aİ ölkələri ilə münasibətlərə aiddir.

“Rusiyanın Ukraynaya müdaxiləsi və Rusiyanın elan etdiyi səfərbərlik Avropada təhlükəsizlik vəziyyətini dəyişdi. Hökumət hesab edir ki, Rusiyanın səfərbərliyi, Finlandiyaya daxil olan və Finlandiyadan tranzit keçən turistlərin sayının sürətlə artması Finlandiyanın beynəlxalq mövqeyi və münasibətləri üçün təhlükə yaradır”, - XİN-in bəyanatında deyilir.

Polşa və Baltikyanı ölkələr bir neçə həftə əvvəl təhlükəsizlik səbəbi ilə sərhədlərini Rusiya vətəndaşları üçün bağlayıb. Meduza nəşrinin məlumatına görə, Finlandiya bunu etdikdən sonra Şengen vizası olan Rusiya vətəndaşları Aİ-yə quru yolu ilə yalnız Murmansk vilayəti ilə Norveç arasında yerləşən Borisoqlebsk keçid məntəqəsindən keçə biləcəklər.

Rəsmi sərəncama əsasən 300 minə qədər insanın hərbi xidmətə çağırılmasını nəzərdə tutan səfərbərlik elan edildikdən sonra gənclər Rusiyanı kütləvi şəkildə tərk edərək qonşu ölkələrə köçürlər. Rusiya mətbuatının məlumatına görə, sentyabrın 21-dən sonra hər gün 7-8 min insan Finlandiya sərhədini keçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-26-da Gürcüstana 53 136 Rusiya vətəndaşı daxil olub, 34 990 nəfər isə gedib. Rusiya vətəndaşları Gürcüstana vizasız daxil ola və ölkədə bir il qala bilərlər.

 

Mövzü ilə bağlı:

VMH Rusiya vətəndaşlarından 1000 lari məbləğində işğal haqqı ödəməyi tələb edir

Müxalifətin bir hissəsi Rusiya vətəndaşları üçün sərhədin bağlanmasını tələb edir

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur