BBC-nin ötən həftə dərc etdiyi jurnalist araşdırmasına görə, qlobal fırıldaq şəbəkəsinin arxasında duran Gürcüstanın keçmiş müdafiə naziri və “Formula” televiziya şirkətinin 51%-nin sahibi Davit Kezeraşvili nəzarət paketindən imtina edir və payın yarısını televiziya şirkətinin kollektivinə verir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kezeraşvilinin sözlərinə görə, onun yaratdığı teleşirkət Gürcüstanda azad yayımın mühüm adalarından biridir, o, hökumətin daim hücumuna məruz qalır və orada çalışan insanların mübarizədə təkcə onun köməyinə və resurslarına deyil, həm də əxlaqi möhkəmliyə ehtiyacı var.
“Onlar əmin olmalıdırlar ki, mənə qarşı ittihamlar böhtandır və ehtimallar əsassızdır. Analoji olaraq, siyasətdə və ictimai arenada olan bütün dostlarımın eyni əxlaqi möhkəmliyə ehtiyacı var”, - Kezeraşvili deyir.
Keçmiş müdafiə naziri gələcəkdə onun simasında “yeni oliqarxla qarşılaşa bilinəcəyi” nin mümkün olub-olmadığı sualına cavablayır.
“Rus oliqarxiyasına qarşı mübarizədə bir kərpic belə qoya bildiyim halda mən özümü hər şeydən necə uzaqlaşdıra bilərəm? Ona görə də bəyan edirəm ki, ətrafımda yaranmış çətin mühitə baxmayaraq, proseslərdən çıxmağım müzakirə olunmayacaq. Bununla belə, qərara gəlirəm ki, “Formula” teleşirkətinə öz köməyimlə yanaşı, məndən başqa, öz redaktor müstəqilliyini daha da yüksəldən, tamamilə yeni və təcrübəyə malik unikal media modeli yaratmaq imkanı verəcəyəm (baxmayaraq ki, kanalda oxşar çatışmazlıq bu günədək olmayıb). Qərar belədir:
“Formula”nın nəzarət paketindən imtina edirəm və mövcud payın yarısını elə indidən teleşirkətin kollektivinə ötürəcəyəm. Oliqarx hakimiyyəti bitdikdən sonra isə qalan payımı da tam olaraq “Formula” kollektivinə ötürəcəyəm.
İvanişvili faktorunun aradan qalxmasından və Qərb məkanına daxil olunduqdan sonra əminəm ki, azad media mənim iştirakım olmadan da bir çox başqa dolanışıq mənbələrinə sahib olacaq və mediaya dəstək istiqamətində fəaliyyətim və ümumilikdə, Gürcüstan siyasətinə hər cür müdaxiləmə nöqtə qoyulacaq”.
İş adamı fırıldaqçı qrupla əlaqəsini bir daha inkar edir və BBC-nin araşdırma materialındakı bir sıra faktların bilərəkdən təhrif edildiyini iddia edir.
“Mənə qarşı aparılan kampaniyanın bir hissəsi yüksək peşəkarlıq standartları ilə seçilən, ənənəvi nüfuzuna göz yumula bilinməyəcək beynəlxalq media orqanı da oldu. Buna baxmayaraq, deməliyəm ki, Britaniya İctimai Yayımının müxtəlif platformaları üçün hazırlanmış istintaq materialında mənimlə bağlı bir sıra qeyri-dəqiqliklər var idi ki, bu da ümumi mənzərədə əvvəllər uydurulmuş ittihamı gücləndirməyə çalışırdı.
Birincisi, araşdırma materialının müəllifi haqqında: jurnalist İsrail media orqanını – “The Times of Israel”i (BBC deyil) təmsil edir və o, illərdir işgüzar nüfuzuma xələl gətirməyə çalışır. Buna misal olaraq onun İsrail mətbuatında dərc olunan nəşrlərini göstərmək olar. Müəllifin motivasiyasının nə ola biləcəyini bilmirəm. Bircə onu qeyd edim ki, onun materiallarının böyük bir hissəsi bir çox məsələlərdə, o cümlədən, mənim fəaliyyətim baxımından xususilə Rusiyanı narahat edən və etməkdə olan Gürcüstan dövlətinin müdafiə sistemi məsələlərində Rusiya rejiminin saxta hekayələri ilə qəribə şəkildə üst-üstə düşür.
İndi eyni müəllif tərəfindən ifadə edilən ittihamla və eyni adlı “çağrı mərkəzi sxemi ilə əlaqəmlə bağlı burada daha çox təfərrüata diqqət çəkmək istəyirəm: jurnalistlə əməkdaşlıqdan imtina etdiyim yalandır. Hüquqşünaslarımın müəllif qrupu ilə çoxsaylı ünsiyyətlərini təsdiq edən 50 səhifəlik sənədlər var. Qeyd etmək istərdim ki, onun materiallarında mənim tərəfimdən təqdim edilən, onun çağrı mərkəzləri ilə əlaqələrim haqqında fərziyyə və mülahizələrini əsaslı şəkildə təkzib edən bircə dənə də olsun faktiki hal daxil edilməyib. Jurnalistin mənzilimə gəlməsi və guya onunla danışmaqdan imtina etdiyim film epizoduna gəlincə, bu “ziyarət” səhər saat 7 radələrində baş verib. Onu evdə azyaşlı oğlum qarşılayıb və təbii ki, onu maraqlandıran məsələlərə cavab verə bilməzdi.
Guya mənim eyni adlı “Milton Group” və ya əlaqəli şəbəkə fəaliyyətləri ilə əlaqəmin olduğu yalandır. Materialın müəllifi özü bunu dəfələrlə belə təsdiq edir: “Kezeraşvilini Miltonun şəbəkəsi ilə əlaqələndirən bircə dənə də olsun icitimaiətə açıq sənəd yoxdur...”; “Milton Group-a gəlincə, Kezeraşvilini fırıldaqçı şirkətlərlə əlaqələndirən ictimaiyyətə açıq heç bir sənəd yoxdur və onun Milton şəbəkəsinin şirkətlərində birbaşa maliyyə marağı olduğuna dair heç bir sübut yoxdur”. Ancaq öz çıxardığı nəticəyə baxmayaraq, o, şəbəkənin başında duranın mənim olduğum ehtimalını nəinki təkzib edir, əksinə gücləndirir.
Guya mənim eyni adlı “Milton Group” üçün ticarət platformaları yaradan bir texnoloji şirkətdə iştirak etdiyim, yalandır. Materialda belə faktları təsdiq edən heç bir sənəd yoxdur və ola da bilməz. Guya mənim şirkətlərimdən hər hansı birinin eyni adlı “Milton Group” üçün saytlar hazırladığı yalandır. Şirkətlərimin heç biri bu ticarət platforması üçün brendinq və ya veb domenləri etməmişdir. Belə bir faktı təsdiqləyən hər hansısa sənəd təbiətdə yoxdur.
Materialda qeyd olunan məlumatlar auditoriyanı qəsdən çaşdırmağa yönəlib, guya mənim şirkətimin elektron poçtları və eyni adlı “Milton Group”un veb-saytları eyni serverlərdə yerləşir. İzah edim: Şirkətlərim və e-poçtum üçün kibertəhlükəsizlik üçüncü tərəf tərəfindən təmin edilir. Mənim e-poçtum dəfələrlə kiberhücumların hədəfinə çevrildiyi üçün xidmət şirkəti yüksək təhlükəsizliyi təmin etmək üçün tez-tez serverləri dəyişir. Mənimlə əlaqəli şirkətlərin nə vaxt və hansı serverdə olması, bu və ya digər serverlərdə və ya e-poçtların eyni adlı “klaud”unda nəyin saxlandığı barədə məlumatım yoxdur və ola da bilməz.
Kiyevdəki biznes mərkəzimin kompüter proqramları (software) satışı ilə məşğul olan “fırıldaqçı zəng mərkəzləri evi” olması barədə verilən məlumat yalandır. Mən tam məsuliyyətlə bəyan edirəm ki, Kiyevdə mənə məxsus olan kommersiya binalarında fırıldaqçı şirkətlər heç vaxt işləməyiblər. Həmçinin, bu binalarda kommersiya sahəsini icarəyə götürən şirkətlərə qarşı heç vaxt istintaq aparılmayıb.
İstintaq filmində Tbilisi Piksel binasının nümayişi manipulyasiya xarakteri daşıyır və bununla əlaqədar olaraq, guya onun eyni adlı çağrı mərkəzlərini əhatə etdiyi qavrayışını yaradır. Bu da material müəllifləri tərəfindən auditoriyanı çaşdırmaq üçün düşünülmüş addımdır: məlum olduğu kimi, mən Gürcüstanda olanda (sonuncu dəfə 12 il əvvəl) Piksel binasında ofis hissəsi icarəyə götürmüşəm. Alman müstəntiqləri və filmin müəllifləri üçün keçirilən reyd, məndə olan məlumata görə, Aksis Tauer-də həyata keçirilib (mənim onunla heç vaxt birbaşa və ya dolayı əlaqəm olmayıb). İstintaq müəllifləri Piksel binasını göstərməklə məsələnin mənimlə bağlı olduğu fikrini gücləndiriblər.
Buradaca onu da qeyd etmək istərdim ki, “işi bağlamaq” və jurnalist araşdırmasını istədiyi istiqamətdə aparmaq üçün Gürcüstan Prokurorluğu istintaq müəllifini reydi lentə alması üçün keçmiş tərəfdaşım və dostum ilə assosiyasiya olunan xüsusi seçilmiş çağrı mərkəzinə gətirib.
Qəribədir ki, beynəlxalq kvalifikasiyalı jurnalist məni ittiham etmək üçün daha dərin və təfərrüatları öyrənməyə ehtiyac duymayıb, onun, ölkənin hökumətinin iştirakı və himayəsi olmadan necə transmilli cinayət ocağı ola biləcəyi ilə bağlı sualları yaranmayıb.
Əvəzində o, mənim sosial şəbəkələrimi öyrənib və bildirib ki, mənim eyni adlı Milton Qrupunun fırıldaqçılıq sxemi ilə əlaqəli 45 Facebook dostum var. Çoxsaylı müraciətlərə baxmayaraq, material müəllifləri bu 45 nəfər haqqında sübut təqdim etməyiblər. Facebook səhifəmə gəlincə, 2000-dən çox dostum var - əksəriyyətini şəxsən tanımıram, tanıdığım, dostluq etdiyim və ya işgüzar əlaqələrim olanların əvəzinə isə heç nə üçün məsuliyyət daşımıram.
Bildiyiniz kimi, Gürcüstanda tənqidi media, o cümlədən təsisçilərindən biri olduğum “Formula” sistemli şəkildə eyni adlı çağrı mərkəzlərinin hökumət sxemini işıqlandırır. Biz faktların və əsaslandırılmış materialların mövcudluğuna əsaslanaraq, istintaq qrupuna Gürcüstanda fəaliyyət göstərən tənqidi medianın dəstəyi ilə Tbilisiyə gedərək şəffaf istintaq hərəkətləri aparmağı təklif etdik, lakin onlar bu təklifdən bu mərhələdə onların maraqlarına daxil olmadığı səbəilə imtina etdilər. Onu da qeyd edim ki, “Formula” istintaq qrupuna hər cür köməklik edirdi. Onlar yayım materialı üçün televiziyaya müraciət etdilər və hər şeyi əldə etdilər.
Mən özüm media sahibi olduğum üçün bilirəm ki, jurnalist səhvlərdən sığortalana bilməz, lakin sözügedən araşdırma materialında bir sıra faktların bilərəkdən təhrif olunması var. Hesabatda səsləndirilən saxta ittihamlar və fərziyyələr sonsuza qədər ətraflı müzakirə oluna bilər, lakin mən burada dayanıb özümə bunu deməyə haqq verəcəm ki, eyni adlı çağrı mərkəzləri ilə bağlı iddialar 2012-ci ildən Gürcüstan hakimiyyətinin mənə qarşı apardığı qarayaxma kampaniyasının bir hissəsidir. Bunun bir hissəsi, Fransa və Böyük Britaniya məhkəmələri tərəfindən siyasi motivli hesab edilərək rədd edilən mənim ekstradisiyam tələbi ilə başlanmış bir sıra proseslər idi. ABŞ Dövlət Departamentinin, Avropa institutlarının və bəzi yerli və ya beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da bu baxımdan analoji nəticə var. Mənim adımı eyni adlı çağrı mərkəzlərinin fırıldaqçılıq sxemləri ilə əlaqələndirməyə gəlincə İvanişvilinin hakimiyyəti bunu ilk dəfə 2020-ci ilin əvvəlində cəhd etdi və elə həmin ilin martında OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) kimi yüksək etibarlı bir təşkilat apardığı araşdırma nəticəsində bildirdi ki, “Kezeraşvilinin çağrı mərkəzləri ilə əlaqələndirə biləcək hər hansı sübut tapmayıb”.
Yuxarıda deyilənlərə əsaslanaraq, istintaq filmində irəli sürülən ittihamların ədalətsizliyini məhkəmə yolu ilə sübut etmək üçün hər şeyi edəcəyəm”, - deyə keçmiş yüksək vəzifəli məmur bildirib.
Davit Kezeraşvilinin sözlərinə görə, o, Britaniyanın ədliyyə sisteminə tam etimadı var və onun hüquq komandasının arqumentləri ilə razılaşacağına əmindir. O, Avropanın istənilən istintaq orqanı ilə “marağın mövcudluğu halında” əməkdaşlığa və “Gürcüstanda eyni adlı çağrı mərkəzləri habının himayəsi altında faktiki iştirak edən yüksək rütbəli məmurlar haqqında” onda mövcud olan məlumatları təqdim etməyə hazır olduğunu bildirir.