Fransa dünyada hamiləliyin könüllü olaraq dayandırılması (abort) hüququnu konstitusiyaya daxil edən ilk ölkə oldu. Martın 4-də Versal sarayında keçirilən növbədənkənar iclasda parlamentin hər iki palatasının 780 üzvü konstitusiya dəyişikliyinin lehinə səs verib, 72 deputat və senator isə əleyhinə çıxıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fransada abort azadlığına zəmanət verilməsi konstitusiyada qeyd olunub. Ölkənin baş naziri Qabriel Atalın sözlərinə görə, ilk növbədə bu, bütün qadınlara bir mesajdır - “Sənin bədənin sənə aiddir”.
Yanvarın sonunda qanun layihəsi parlamentin aşağı palatası olan Milli Assambleyanın deputatlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Hesab olunurdu ki, Senatın dəstəyini almaq daha çətin olacaq, çünki bir çox senatorlar abortları konstitusiya məsələsi hesab etmirdilər, çünki Fransadabu prosedur üçün heç bir məhdudiyyət yoxdur. 1975-ci ildən ölkədə abort qanuniləşdirilib.
Katolik kilsəsi dəyişikliklərə qarşı çıxıb. Səsvermədən sonra Vatikan bildirib ki, “insan həyatına qəsd etmək “hüquq” ola bilməz”.
Prezident Emmanuel Makron keçən il abort hüququnu konstitusiyaya daxil edəcəyinə söz vermişdi. Bu, ABŞ Ali Məhkəməsinin 2022-ci ildə federal səviyyədə abort hüququnu ləğv etməsindən sonra baş verdi. Qərarın ardınca ölkə boyu kütləvi etirazlar baş verib.
2022-ci ildə keçirilən sorğuya görə, fransızların 86%-i abort hüququnun konstitusiyaya yazılmasını dəstəkləyib.
Gürcüstan qanunvericiliyinə görə, müstəsna hallar istisna olmaqla, 12 həftədən çox müddətli hamiləliyin dayandırılması qadağandır.