Fransanın xarici işlər naziri Ketrin Kolona 26-28 aprel tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazir Bakıda prezident İlham Əliyevlə, İrəvanda isə baş nazir Nikol Paşinyanla görüşəcək. Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan və Ermənistana səfər Fransanın iki dövlət arasında sülh danışıqlarını dəstəkləməsi deməkdir. Bundan əlavə, Kolonna Dağlıq Qarabağda yaşayan erməni əhalinin hüquqlarının müdafiəsini və Laçın dəhlizində hərəkətin dərhal bərpasını tələb edəcək.
Katrin Kolona aprelin 28-də Gürcüstana səfər edəcək. Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, o, Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə danışıqlar zamanı ölkəni Avropa Birliyinə yaxınlaşdırmaq üçün vacib olan qanunun aliliyi və vətəndaş cəmiyyətinin qorunması sahəsində islahatları dəstəklədiyini ifadə edəcək.
2018-ci ildən sonra bu, Fransa xarici işlər nazirinin Gürcüstana ilk səfəridir.