“Freedom House” hesab edir ki, “Gürcü Arzusu”nun yüksək rütbəli nümayəndələri və onların ailə üzvləri Venesiya Komissiyasının təsdiqi olmadan və ya rəyin tətbiqinə qədər rus qanununu qəbul edərlərsə, dərhal səyahət məhdudiyyəti və maliyyə sanksiyalarına məruz qalmalıdırlar. Bu barədə beynəlxalq təşkilatın prezidenti səlahiyyətlərini icra edən Nikol Bibins Sedakanın bəyanatında deyilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təşkilat gürcü xalqını dəstəkləyir, hökumətin “xarici agentlər” haqqında qanunun qəbuluna ikinci cəhdindən yaranan xalqın “həyəcanı”na qoşulur.
"Əgər bu qanun qəbul olunarsa, qanuni vətəndaş fəallığına və müstəqil mediaya damğa vurulacaq. Bu, hökumətə yeni bir alət verəcək ki, ondan istifadə etməklə işində razılaşmadığı qeyri-hökumət təşkilatlarını cərimələyə və ya başqa cür cəzalandıra bilsin.
Bu qanun Gürcüstanı Rusiya və Qırğızıstandakı kimi repressiv rejimlərə (analoji tədbirlərdən istifadə edərək vətəndaş cəmiyyətini məhv etməyə sistemli şəkildə çalışan avtokratiyalara) yaxınlaşdıracaq və Gürcüstanın Avropa Birliyinə daxil olmaq cəhdlərinə əhəmiyyətli dərəcədə mane olacaq.
Biz “Gürcü Arzusu”na irəli sürdükləri qanunu dərhal geri götürməyə çağırışımızı təkrar edirik”, - beynəlxalq təşkilatın rəhbəri bəyan edib.
"Freedom House" həmçinin dinc nümayişçilərə qarşı davam edən repressiyaları və zorakılığı, o cümlədən su şırnaqları, gözyaşardıcı qaz, rezin güllələrdən istifadə və kütləvi həbsləri pisləyir.
"Biz həmçinin gürcü hüquq müdafiəçilərinə, jurnalistlərə, müxalifətçilərə və onların ailə üzvlərinə qarşı təhdid və hücumlardan çox narahatıq. Bu repressiya heç bir ölkədə, xüsusən də Avropa Birliyinə daxil olmaq istəyən dövlətdə qəbuledilməzdir.
Biz ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanı gürcü xalqına qarşı artan repressiyalara son qoymaq üçün koordinasiyalı tədbirlər görməyə çağırırıq. Bu hökumətlər təkid etməlidirlər ki, Venesiya Komissiyası təklif olunan qanun layihəsini və onun Avropa standartlarına uyğunluğunu qiymətləndirsin.
“Gürcü Arzusu”nun yüksək rütbəli nümayəndələri və onların ailə üzvləri bu qanun Venesiya Komissiyasının təsdiqi olmadan və ya komissiyanın nəticəsi dərc olunana qədər qəbul olunarsa, onlar dərhal səyahət məhdudiyyəti və maliyyə sanksiyalarına məruz qalmalıdır.
Bu, Gürcüstanın demokratiyasına gedən yolda kritik mərhələdir. Demokratik hökumətlər gürcü xalqının yanında olmalı və “Gürcü Arzusu” hökumətinin hazırkı hərəkətlərinin qəbuledilməz olduğu və qəbul edilməyəcəyi barədə açıq mesaj verməlidir", - bəyanatda oxuyuruq.
“Gürcü Arzusu” parlamentin bu gün keçirilən plenar iclasında bir aydır əleyhinə minlərlə nəfərlik nümayişin davam etdiyi rus qanununu üçüncü, yekun oxunuşda təsdiqləməyə hazırlaşır. Həmçinin Avropa Şurası da hakim partiyanı yekun qərar qəbul etməzdən əvvəl Venesiya Komissiyasının rəyini gözləməyə çağırıb. Venesiya Komissiyasına rus qanunu ilə bağlı rəy hazırlaması üçün Gürcüstanın Xalq Müdafiəçisi müraciət edib. Nəticə hələ yayımlanmayıb.