Əgər avropalı dostlar həqiqətən də qütbləşməyə son qoymaq istəyirlərsə, bizə statusu versinlər - Baş nazir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Ğaribaşvili deyir ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusunun alınması üçün ilkin şərtləri - tövsiyələri iyunun sonuna qədər yerinə yetirəcək, lakin, qütbləşməni nəzərdə tutan əsas məsələ hələ də yerinə yetirilməli olaraq qalacaq.

Ğaribaşvilinin jurnalistlərə dediyi kimi, bütün tövsiyələri hərtərəfli və açıq şəkildə yerinə yetirmək hökumətin vəzifəsi olub və indi də belədir.

“Biz bütün bu prosesləri iyunun sonuna qədər başa vuracağıq, amma əsas məsələ qalır... Onadək xatırladıram ki, bizim yaratdığımız işçi qruplarında dağıdıcı, iflasa uğramış müxalifətin heç bir iştirakı olmayıb. Heç bir. Yeganə məsələ qalır ki, bu da qütbləşmənin sonlanmasıdır. Bu barədə mənim mövqeyim var və bunu beynəlxalq platformalar da daxil olmaqla, hər yerdə açıq şəkildə bəyan etmişəm.

Mən dedim ki, əgər bizim avropalı dostlarımız, həmkarlarımız, həqiqi dostlarımız həqiqətən də qütbləşməyə son qoymaq, ya da heç olmasa onu yarıya endirmək, minimuma endirmək istəyirlərsə, bizə namizəd statusu versinlər”, - deyə İrakli Ğaribaşvili bildirib.

Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatının qiymətləndirməsinə əsasən, aprelin 30-na olan vəziyyətə görə, Avropa İttifaqının yalnız bir tövsiyəsi tam yerinə yetirilib, ikisi böyük ölçüdə, dördü qismən yerinə yetirilib və beşi isə hələ də yerinə yetirilməli olaraq qalır. Yerinə yetirilməli olan tövsiyələr arasında, 19 aprel razılaşmasına uyğun olaraq siyasi partiyalar arasında əməkdaşlıq yolu ilə siyasi qütbləşmə məsələsinin həllini nəzərdə tutan qütbləşmənin aradan qaldırılması da var.

Qeyri-hökumət təşkilatları qütbləşməyə səbəb olan amillər arasında “Gürcü Arzusu”nun siyasi rəqiblərinə, tənqidi mediaya və ictimai təşkilatlara hücumlarını, iqtidar partiyasının anti-qərb ritorikasını, müxalifət qüvvələrini “kollektiv milli hərəkat”, tənqidçiləri isə “müharibə partiyası” adlandırmasını hallandırırlar . Bununla, qeyri-hökumət təşkilatlarının qiymətləndirməsinə əsasən, müxalifətin “Gürcü Arzusu”nu tez-tez “Rusiyanın qulu” və “satqın” adlandırması və parlamentdə 12 tövsiyənin həyata keçirilməsi üçün zəruri olan qanunvericiliyin işlənməsi üçün yaradılan işçi qruplarına bütün müxalifət partiyalarının qoşulmaması da qütbləşməyə şərait yaradır.

Qalan, dörd yerinə yetirilməmiş tövsiyə məhkəmə sistemi, de-oliqarxizasiya, media və vətəndaş cəmiyyətinə barədədir.

2022-ci ilin iyununda Avropa Şurası Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verdi və Gürcüstana münasibətdə isə, yalnız ölkənin Avropa perspektivini tanıdı. Bundan əlavə, Avropa Komissiyası üzvlük prosesinin növbəti mərhələsinə keçmək üçün hər üç ölkə üçün tövsiyələr müəyyən edib.

Avropa İttifaqı Gürcüstana 12 tövsiyəni/prioriteti yerinə yetirdikdən sonra namizəd ölkə statusunu verməyə hazırdır. Avropa Komissiyası Gürcüstanın tövsiyələri yerinə yetirməsi ilə bağlı öz qiymətləndirməsini bu ilin payızında hazırlayacaq və statusla bağlı yekun qərarı verən orqan olan Avropa Şurasına ünvanlayacaq. Ölkəyə namizəd statusu verildikdən sonra tamhüquqlu üzvlük üçün rəsmi danışıqlar prosesi başlayır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur