Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qurumun niyə “Prayd Festivalı”nın təhlükəsiz mühitdə keçirilməsini təmin edə bilməməsini izah edib. Onun sözlərinə görə, bu gün tədbirin keçirilməli olduğu yerdə maksimum sayda polis səfərbər olunsa da, “geniş ərazidə” təhlükəsizliyi “100% qorumaq mümkün deyil”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Səhər saatlarından Daxili İşlər Nazirliyinin müvafiq bölmələri hadisə yerinə səfərbər edilib. Burada Xüsusi Təyinatlılar Departamenti, Tbilisi Şəhər Polisi, Patrul Polisi kimi müvafiq bölmələr olub, lakin əks aksiya iştirakçıları kifayət qədər çox gəlib. Yollarda müvafiq kordonlarımız var idi, lakin bura açıq ərazi olduğu üçün etirazçılar dolama yollarla içəri girib polis kordonlarını yarmağa müvəffəq oldular. Bununla belə, biz ərazidə olan “Tbilisi Prayd” tədbirinin təşkilatçılarını və iştirakçılarını sağ-salamat ərazidən çıxara bildik, onlar heç bir xəsarət almayıb”, - Daraxvelidze bildirib.
Jurnalistlərin, zorakı qruplar Vaja-Pşavela prospektindən Lisi gölü istiqamətində hərəkət edən zaman Daxili İşlər Nazirliyi niyə yolları bağlamayıb və ya onlara qarşı xüsusi vasitələr, bibər qazı və su şırnaqlarından niyə istifadə olunmayıb - məsələn, mart etirazları zamanı olunduğu kimi sualına cavab olaraq Daraxvelidze bildirib:
“Bu gün bu ərazini qorumaq üçün səfərbər edilə biləcək maksimum sayda polis səfərbəl olunmuşdu, lakin bildiyiniz kimi, bütün aksiyaların - 100% təhlükəsizliyini təmin etmək və tam qorumaq qeyri-mümkündür, xüsusən də söhbət geniş bir ərazidən gedirsə. Biz hər zaman bu risklərdən danışmışıq, lakin görürsünüz ki, çoxlu sayda əks-aksiya iştirakçıları gəlib. Biz hər bir insanın həyatını və sağlamlığını qorumaq üçün əlimizdən gələni etdik”.
Bu gün, iyulun 8-də Lisi gölünün yaxınlığında qapalı tədbir - “Prayd Festivalı” keçirilməli idi, lakin zorakı qrupların hücumu nəticəsində bu baş tutmadı. Daxili İşlər Nazirliyinin əməkdaşları Vaja-Pşavela abidəsindən yürüş edən festival əleyhdarlarına festival ərazisinə qalxmaq imkanı veriblər. Festivalın təşkilatçıları və iştirakçıları təxliyə edilməli olub. Daxili İşlər Nazirliyinin əməkdaşları onları mikroavtobuslarla ərazidən uzaqlaşdırıblar.
Zoraki qruplar “Prayd Festivalı”nın dağıdılacağını bir neçə həftə əvvəl elan edibər. Vətəndaşların təşkilatlandırılmasında “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” və Vato Şakarişvilinin “Öncə Gürcüstan” hərəkatı fəal iştirak edirdi. Festivala qarşı yürüşə ruhanilər də qoşulub. Yürüş iştirakçıları festival ərazisinə daxil olduqdan sonra ərazini qarət edib və göy qurşağı bayraqlarını yandırıblar.
Festivalın təşkilatçıları hesab edir ki, hücum əvvəlcədən kordinasiya olunub və Daxili İşlər Nazirliyi ilə razılaşdırılıb.