“Yaşıl Alternativ” və “Vətəndaş Fəaliyyət Mərkəzi” Tbilisi şəhər məhkəməsinin hakimi Nino Buaçidzeyə müraciət edərək ondan Çiaturadakı vəziyyətlə tanış olmasını xahiş ediblər. İctimai təşkilatların qiymətləndirməsinə görə, bir neçə gün əvvəl hakim tərəfindən “Georgian Manganese”nin xüsusi idarəetmə rejiminin daha 2 il uzadılması qanunsuzdur və Çiaturadaki onsuz da ağır olan vəziyyəti ekoloji fəlakətə gətirib çıxarır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Xəbərləri” olaraq “Yaşıl Alternativ” və “Vətəndaş Fəaliyyətləri Mərkəzi”nin bəyanatını dəyişməz olaraq təqdim edirik:
“Bildiyiniz kimi, 16 may 2023-cü il tarixli qərarla Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasının 8 may 2020-ci il tarixli qərarı ilə “Georgian Manganese” MMC-də tətbiq edilən xüsusi idarəetmə rejiminin müddəti eyni qayda və şərtlərlə 2025-ci ilin mayın 9-dək uzadılıb.
Hesab edirik ki, xüsusi idarəetmə rejiminin müddətinin uzadılması barədə qərar müəssisədə bu idarəetmə rejiminin tətbiq olunduğu lisenziya və icazə şərtlərinin vaxtında yerinə yetirilməsi məqsədinə ziddir; Üstəlik, bu qərar Çiaturada insanların yaşayış mühitinin ifrat dərəcədə zədələnməsinə, yaşayış və sosial mənzillərin dağıdılmasına, həyat və sağlamlıq üçün təhlükəli şəraitin yaradılmasına təkan verir.
Müəssisədə xüsusi menecer təyin olunandan sonra lisenziya və icazə şərtlərinə dövlət nəzarəti praktiki olaraq dayandırılıb. Nəzarət orqanları, o cümlədən siz (məhkəmə), “Georgian Manganese” MMC-nin fəaliyyətinə nəzarət etməkdən çəkinir və dövlət menecerinin təqdim etdiyi hesabatlara tam etibar edirsiniz ki, (2017-ci ildən bu yana müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə hansı ziyanın dəydiyi bu günə kimi bizə məlum deyil) bu da Çiaturada mədən və zənginləşdirməni son dərəcə qapalı və qeyri-şəffaf bir prosesə çevirir. Qeyd etmək lazımdır ki, menecer tərəfindən təqdim olunan planın icrası ilə bağlı hesabatlar, onun vəzifələrinə tamamilə uyğun olmayan məlumatları ehtiva etməklə yanaşı, çox vaxt Çiatura reallığının mahiyyətcə yanlış və tamamilə əlaqəsiz mənzərəsini təqdim edir.
Müəssisədə xüsusi idarəetmə rejimi tətbiq edildikdən sonra həm çay, həm də torpağın çirklənməsi və deqradasiyası baxımından vəziyyət yaxşılaşmayıb, əksinə, kökündən pisləşib ki, bu da faktiki olaraq ərazidə ekoloji fəlakətə bərabər vəziyyət yaradır.
Məhz, tərəfinizdən təyin olunan menecer faydalı qazıntıların kütləvi çıxarılması üçün yeni üsullar və “standartlar” tətbiq etməyə başladı. Mədən planları haqqında tənzimləyici orqanlarla razılaşdırılmadan, filiz hasilatının rekord həddə çatması və açıq mədənlərin yaranması yerli təbii və sosial mühitə dəyən ziyanı bilavasitə artırıb. Müvəqqəti idarəetmə rejiminin tətbiqindən 6 il sonra şirkətin fəaliyyəti nəticəsində altında faydalı qazıntıların çıxarılması işləri aparılan İtxvisi və Şukruti kəndləri bərpa olunmaz ziyan və dağıntılarla üzləşib; Nəticədə, kəndin, artıq praktiki olaraq bünövrəsi qalmayıb, torpaq uçur, yaşayış evləri on metrlərlə dərinliyə uçur. Bu kəndlərdə hələ torpağa batmamış evlərin bir çoxu o qədər çatlayıb, ya əyilib ki, orada yaşamaq mümkün deyil. Yerli sakinlərin həyatı və sağlamlığı hər gün daha çox təhlükə altındadır.
Məhkəmə (sizin) qərar (hökm) qəbul edərkən, bu gün Çiaturada əsas problemlərdən biri olan, şirkətin yaşayış məntəqələrində açıq yolla filiz hasilatı ilə bağlı araşdırma və qiymətləndirmə aparılmır.
Xüsusi menecer təyin edilməsi və müəssisə tərəfindən yaşayış məntəqələrində kütləvi şəkildə filiz hasilatı nəticəsində bir çox kəndlər - Xalipauri, Tabaqrebi, Mğvimevi, Darkveti, Rqani və başqaları qaçınılmaz ziyanla üz-üzədir. Son dərəcə ağır şəraitə baxmayaraq, insanların hələ də yaşadığı bu yaşayış məntəqələrinin bəzi məhlələrinə, artıq avtomobillə getmək üçün təhlükəsiz yol yoxdur. Manqan çıxarılması üçün ərazilərin kütləvi şəkildə qazılması nəticəsində kəndlərin daxili yolları o qədər zədələnib ki, pis hava şəraitindən sonra hətta piyada getmək də təhlükəlidir. Yaşayış məntəqələrində, ətraf ərazilərdəki yaşayış evlərindən bir neçə metr aralıda “Georgian Manganese” MMC-nin tərk etdiyi nəhəng qazıntılar su ilə dolub. Eyni adlı “karierlər”in yaxınlığında torpağın çökməsi olduqca sıx hala çevirilib. Günün qaranlıq vaxtı ərazi işıqlandırılmır. 2020-ci ildə, 30 yaşlı Qiorqi Ğuğunişvili məhz belə bir vəziyyətin qurbanı olub.
Əvvəllər mövcud olan daxili kənd yollarının əksəriyyəti xarabalıqlara çevrilib ki, bu da torpaq sürüşmələrinin başlanmasına və aktivləşməsinə səbəb olmaqla, yerli sakinlərin, o cümlədən Xalipauriyə məcburi məktəb təhsilini almağa getmək üçün təxminən 3 kilometr piyada getməli olan uşaqların həyat və sağlamlığına təhlükə yaradır.
Xüsusilə yüksək rütubət və uzun müddət davam edən pis hava şəraitində kəskin qoxu olan sənaye tullantıları yanından süni piyada yolları keçir. Güman ki, torpağın alt qatlarına çatdıqdan sonra ağır metal sulfidləri tədricən hidrolizə məruz qalır və qoxuya səbəb olan hidrogen sulfid ayrılır.
Xalipauri və Tabaqrebidə bir çox ərazilərə yol olmadığı üçün təcili tibbi yardım, yanğın və xilasetmə briqadalarının təyinat yerlərinə hərəkəti fiziki cəhətdən mümkün deyil. Müvafiq olaraq, bu ərazilərdə daimi və ya mövsümi yaşayan, müəyyən işlər üçün qısa və ya uzun müddət qalan insanların zərurət yarandıqda dövlət fövqəladə hallar xidmətinə çıxışı olmayacaq.
Çıxardılmış filizin zənginləşdirilməsi üçün icazə şərtlərinə gəlincə, bildiyiniz üzrə, şərtlərin heç biri yerinə yetirilməyib; Yeni zənginləşdirmə qurğusu hələ də fəaliyyət göstərmir və lilin utilizasiyası məsələsi hələ də həll olunmayıb. Üstəlik, xüsusi menecer özünə, öhdəliyi yerinə yetirmək əvəzinə müəssisəni satmaq hüququ verib.
Xüsusi menecer Milli Ətraf Mühit Agentliyi ilə razılaşmadan Kvirila çayından lil çıxarmaq qərarına gəlib və bu hərəkəti ekoloji tədbir kimi qiymətləndirib. Çıxarılmış lili, qanunun kobud şəkildə pozulması ilə eyni adlı “Dalakhauri” lil zibilliyinə yerləşdirib
Çiaturada mövcud vəziyyət əhalinin sağlam ətraf mühitdə yaşamaq barədə konstitusiya hüququnu pozur ki, bu da Avropa Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 2-ci və 8-ci maddələrinin pozulmasıdeməkdir.
Məhkəmənin (sizin) 16 may 2023-cü il tarixli qərarı ilə Çiaturanın mövcud vəziyyətini və yerli əhalinin ehtiyaclarını əks etdirməməsi ilə yanaşı, mövcud qanuni tələblərə də əməl olunmur.
Hesab edirik ki, işdə əsas iddianın olmadığı və mübahisənin həll olunduğu şəraitdə məhkəmənin müvəqqəti qərardaddan nəyi təmin etmək üçün istifadə etməsi mahiyyətcə aydın deyil; Həmçinin, hesab edirik ki, tərəfinizdən (məhkəmə) “Lisenziyalar və İcazələr Haqqında” Qanunun 22-ci maddəsinin 17-ci bəndinə münasibətiniz və şərhiniz Konstitusiyanın 29-cu maddəsinə ziddir. Qeyd olunan norma elə istifadə olunur və şərh edilir ki, məhkəmə müvəqqəti menecerin (müvəqqəti menecerlik rejiminin) səlahiyyət müddətini heç bir məhdudiyyət olmadan, ona həvalə edilmiş vəzifədə özünü doğrultmadığı və ərazidə vəziyyət düzəlmədiyi halda belə, praktiki olaraq ömürlük uzada bilər. Mövcud yanaşmada menecerin özünü niyə doğrulda bilməməsi, onun menecerliyi dövründə ətraf mühitə ziyan vurulub-vurulmamasının heç bir əhəmiyyəti yoxdur.
Bütün qeyd olunanlara əsaslanaraq, hesab edirik ki, müvəqqəti hökumət rejimi özünü doğrulda bilməyib və Çiaturada onsuz da ağır olan vəziyyəti ekoloji fəlakətə gəlib çatıb. Müvafiq olaraq, müddətin uzadılması üçün faktiki və hüquqi əsaslar olmayıb.
Xahiş edirik, bu ərizəni nəzərə alasınız və Gürcüstan İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinin 2-ci hissəsinə və Gürcüstan Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq Çiaturada (ən azı bu bəyanatda qeyd olunan kəndlərdə) vəziyyəti nəzərdən keçirəsiniz. Mülki Prosessual Məcəllənin 123 və 204-cü maddələrinə əsaslanaraq, arzu olunarsa, mütəxəssis qismində yerindəcə yoxlamaya cəlb olunmağa, sizə kömək etməyə və müvəqqəti menecerin rəhbərliyialtında şirkət tərəfindən törədilmiş cinayətlər və qeyri-insani hərəkətlər barədə məlumat verməyə hazırıq.