Tənqidi media, ictimai təşkilatlar və insanların diqqətinin “agentlər haqqında” rus qanununa yönəldiyi bir vaxtda, “Georgian Manganeze” şirkəti nəzarətsiz manqan hasilatı nəticəsində evləri uçan Şukruti kəndinin sakinlərini məhkəməyə verib. “Georgian Manganese” tələb edir ki, Şukruti sakinlərinin müəssisə yaxınlığında aksiya keçirmələrinə qadağa qoyulsun. Artıq 70-ci gündür ki, zərərçəkənlər Koroxnali mədəninin girişində fasiləsiz, gecə-gündüz etiraz aksiyası keçirirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Georgian Manganese” subpodratçısı – “Mağaroeli” MMC vasitəsilə 14 nəfərə qarşı iddia qaldırıb. Onlardan 2-si dünyasını dəyişib.
İddiaçının əsas tələbləri bunlardır:
- Aksiya iştirakçılarına “mədənin işinə maneçilik törədən hərəkətlər” qadağan olunsun.
- Şukruti sakinləri evlərinin altından manqan çıxarılmasına davam edilsə də, şirkətin işinə mane olmasınlar.
- Aksiya iştirakçılarının mülkiyyətində olan evlər və torpaq sahələri “ilkin tələblə” 4 il müddətinə əllərindən alınsın və manqan hasil etməsi üçün şirkətə təhvil verilsin.
- Qarşı tərəfə tapşırılsın ki, həmin torpaq sahələri boş vəziyyətdə şirkətə təhvil verilsin - evin və ya anbarın yerləşdiyi torpağı əmlak sahibi özü söküb təmizləməlidir.
Tələblər yerinə yetirilənə qədər “Georgian Manganese”nin subpodratçısı yerli əhalinin yaşayış üçün təhlükəli zonada şəxsi mülklərini satmamalarıı və yeni əmlak sahibləri ilə mübahisənin daha da çətinləşməməsi bəhanəsi ilə Şukruti sakinlərinin əmlakının müsadirə olunmasını tələb edib. Məhkəmə əmlakın müsadirə olunması ilə bağlı vəsatəti təmin etməyib.
Koroxnali mədənində davam edən etiraz aksiyası iştirakçılarının maraqlarını müdafiə edən “Mülki Fəallıqlar Mərkəzi”nin hüquqşünası Vladimer Kutateladze deyir ki, Çiatura Maqistrat Məhkəməsi “Mağaroeli” MMC-nin məhkəmə prosesində iddiasını ümumiyyətələ qəbul etməməli idi.
“İlk növbədə qeyd etmək lazımdır ki, bu, maqistrat məhkəməsində baxılmalı olan iş deyil. İddiaçının tələbləri əsassız və qanunsuzdur. Sahibliyinin 4 il müddətinə verilməsini tələb etdikləri əmlak şirkətin mülkiyyəti deyil. Həm də şirkətə mülkiyyət hüququ verən və ya əhalini əmlakı təhvil verməyə məcbur edən hər hansı sənədi yoxdur. İddiaçı məhkəməyə 2021-ci il memorandumlarını təqdim edib ki, bu da birtərəfli və istismar edici şərtləri ehtiva edir. O zaman sakinlərə bu sənədi təqdim belə etməyiblər, amma deyiblər ki, əgər şirkətin dəymiş ziyanı ödəməsini istəyirlərsə, boş kağıza imza atsınlar. Memoranduma zərər çəkmiş şəxslərin şəxsiyyəti, torpaq sahələri, dəymiş zərərin növü, kompensasiyanın məbləği və ya ödəniş şərtləri barədə hər hansı xüsusi qeyd daxil edilməyib. Bundan əlavə, hər bir əmlak sahibi ilə kompensasiya şərtlərini ətraflı şəkildə müəyyən edən müqavilə imzalanmalı idi. Belə bir razılaşma uzun müddət davam edən etiraz, aclıq aksiyası, ağızın tikilməsi və etirazın ABŞ səfirliyi yaxınlığına keçid etməsindən sonra imzalanıb.
İddia ərizəsində bəzi təqsirləndirilən şəxslərə ödənilən və onlara avans kimi hesablanmış pul məbləğindən də bəhs edilir. Müqavilənin kiminlə bağlandığı, əmlakın və dəymiş zərərin Milli Məhkəmə Ekspertizası Bürosu tərəfindən qiymətləndiriləcəyi və yekun məbləğin əvvəlcədən ödənilən məbləğdən çıxılacağı göstərilir. Ekspertizanın keçirilməsi şirkətin öhdəliyi idi, onlar bunu yerinə yetirmədilər və rəy hələ də mövcud deyil”, - vəkil Vladimer Kutateladze deyir.
Aksiya iştirakçıları hesab edirlər ki, “Georgian Manganese” külli miqdarda pul ödəməmək üçün məhkəmə-tibb ekspertizası keçirməkdən bilərəkdən yayınır.
“Georgian Manganese” 2047-ci ilə qədər Çiaturada manqan hasilatı üçün lisenziyaya malikdir. Şirkətin sahibi (100% sahibi) nəzarət paketi ukraynalı milyarder İqor Kalomoyskiyə məxsus olan “Georgian American Eloise”, təxminən 4% isə hakim partiyaya yaxın olan Qiorqi Kapanadzenin (“Rija” ləqəbli) rəhbərlik etdiyi Gürcüstan səhmdarlar qrupuna aiddir.
Artıq 7-ci ildir ki, Çiaturada ekoloji fəlakətə bərabər vəziyyət yarandığından və təcili düzəliş tələb olunduğundan Ətraf Müfitin Mühafizəsi Nazirliyi tərəfindən “Georgian Manganese” MMC-yə xüsusi dövlət meneceri təyin edilib. Əslində, Çiaturada ekoloji vəziyyət xüsusi dövlət idarəçiliyi rejimi altında daha da pisləşib və kritik vəziyyətdədir.
Bir neçə aydır ki, ukraynalı oliqarxın nümayəndələri müəssisəyə faktiki nəzarəti bərpa ediblər, lakin, indiyədək biznes reyestrində heç bir dəyişiklik əksini tapmayıb.
Bu mövzuda - Çiatura - Fəlakət Zonası [jurnalist araşdırması]
2023-cü ilin dekabrında Çiaturada manqan hasilatı lisenziyasına qarşı 17 il ərzində ilk dəfə iddia qaldırılıb. 87 yaşlı Quram Qaprindaşvili Çiaturada yeganə şəxsdir ki, bu problemlə bağlı hüquqi mübahisəyə başlamağa cəsarət edib və açıq mədən işləri ilə bağlı lisenziyanın ləğvini tələb edir. Quram Qaprindaşvilinin maraqlarını “Mülki Fəallıqlar Mərkəzi” qoruyur. Tbilisi Şəhər Məhkəməsi iddianı icraata götürüb.