Ukraynanın qanunverici orqanı olan Ali Radada qanun layihəsi qeydə alınıb, bu qanun layihəsinə görə Gürcüstan Ukraynada “Грузія” deyil, “Сакартвело” adlandırılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsinin izahat yazısında Radanın deputatları qeyd edirlər ki, “Сакартвело” əsl tarixi addır, “Грузіяi” sə güclü sovet (rus) təsiri nəticəsində yaranmış formadır.
“Грузіяi” adı Ukrayna da daxil olmaqla dünyanın 20-yə yaxın ölkəsində istifadə olunur. Bu ölkələrin əksəriyyəti postsovet məkanındandır və ya Sovet İttifaqından əhəmiyyətli dərəcədə təsirlənmişdir. Gürcüstanı Rusiyada da belə adlandırırlar. “Грузия” - bu imperial adlandırmadır, "Georgia" da rus dilindən tərcümənin nəticəsidir. "Сакартвело" - gürcülər öz ölkələrini belə adlandırırlar.
Beynəlxalq münasibətlərin ayrıca subyekti olan Ukrayna Gürcüstanla tarixən dostluq münasibətləri qurmuş və xüsusən də Rusiyanın aqressiyası zamanı ruslaşdırma və müstəmləkəçilik siyasətinin təzahürlərindən yayınmışdır, ölkənin tarixi adı “Сакартвело”, gürcü xalqı isə “картвели” adlandırılmalıdır.
Ukrayna ilə Gürcüstan arasında münasibətlər dərin və çoxşaxəlidir, lakin Ukraynanın daha çox yaxınlaşma istiqamətində atdığı addımlardan biri Gürcüstanın tarixi adının rəsmi şəkildə istifadə edilməsi ola bilər”, - Rada deputatları qeyd edirlər.
Qanun layihəsində “Сакартвело” və “картвели”nin təkcə rəsmi səviyyədə, rəsmi yazışma və münasibətlərdə deyil, həm də kütləvi informasiya vasitələrində istifadəsi nəzərdə tutulur.
Qanun layihəsi mayın 26-da, Gürcüstanın Müstəqillik Günündə Ukrayna Ali Radasında qeydə alınıb. Onu “Avropa Həmrəyliyi” partiyasından olan Radanın üzvü, 2014-2019-cu illərdə Ukraynanın Avro və Avro-Atlantik inteqrasiya üzrə baş nazirinin müavini olmuş Yavana Klimpuş-Tsintsadze təqdim edib. Qanun layihəsinin təşəbbüskarları arasında Oleksi Qonçarenko da var.
2018-ci ildə Litva dövlət dilində Gürcüstanın orijinal adından istifadə etməyə başlayıb. O vaxtdan Gürcüstanı “Sakartvelas” adlandırırlar, ondan əvvəl isə rus dilinin təsirindən qalımış “Gruzia” adlandırması istifadə olunurdu.