Gələn şənbə günü parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərdiniz sualına respondentlərin 25%-i “Gürcü Arzusu”, 13%-i isə “Vahid Milli Hərəkat”a səs verəcəyini deyib. Beynəlxalq Respublika İnstitutunun (IRI) noyabrın 15-də dərc olunmuş ictimai rəy sorğusunun nəticələri belədir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
25% - "Gürcü Arzusu";
13% - "Vahid Milli Hərəkat" - Mixeil Saakaşvili;
4% - "Gürcüstan Naminə" - Qiorqi Qaxaria;
3% - "Strategiya Ağmaşenebeli" - Giorgi Vaşadze;
1% - "Xalqın Gücü";
2% - "Lelo";
3% - "Qirçi";
2% - "Qirçi" və "Droa" - Zurab Caparidze, Elene Xoştariya;
2% - "Leyboristlər Partiyası" - Şalva Natelaşvili;
2% - "Vətəndaşlar" - Aleko Elisashvili;
2% - "Xalq Naminə" - Ana Dolidze;
1% - “Patriotlar Alyansı”;
1% - "Mühafizəkarlar Hərəkatı" - "Alt-İnfo";
1% - "Avropalı Gürcüstan" - Qiqa Bokeriya;
1% - digər;
11% - Etibarsız bületen;
6% - Seçkilərdə iştirak etməyəcək;
18% - Blmirlər (kimə səs verəcəklərini);
5% - Cavab verməkdən imtina.
Sorğuda respondentlərdən heç bir halda hansı partiyanı dəstəkləməyəcəkləri də soruşulub. Respondentlərin 40%-i “Milli Hərəkat”, 29%-i “Gürcü Arzusu”nun adını çəkir.
Tədqiqat Beynəlxalq Respublika İnstitutunun Tədqiqat Mərkəzinin sifarişi ilə 14 sentyabr - 14 oktyabr 2023-cü il tarixləri arasında üzbəüz müsahibə yolu ilə aparılıb. Tədqiqatın sahə işləri “IPM” tərəfindən aparılmışdır. Müsahibə səsvermə hüququ olan 1200 respondentlə aparılıb. Yanılma nisbəti +/- 2,5%, cavablanma nisbəti isə 73% təşkil edir. Tədqiqat Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Amerika xalqının dəstəyi ilə mümkün olmuşdur.
2024-cü il parlament seçkiləri üçün Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi şərtlərdən biri də seçki günündən xeyli əvvəl seçicilərin adekvat təmsilçiliyini təmin etməkdir.
Hakim “Gürcü Arzusu” partiyası 2024-cü il parlament seçkiləri üçün baryeri aşağı salmaq fikrində deyil. Parlamentin sədri Şalva Papuaşvili müxalifətdəki siyasi partiyaların seçki baryerinin aşağı salınması tələbini “dilənçilik” adlandırıb.
“Bariyer endirilməyəcək - bu bir, ikincisi -Avropa İttifaqının nümayəndələri ilə bu mövzuda söhbətimiz olub və üçüncü - 90 min və 100 min səs toplamaq şansını görməyən bir partiya partiya deyil”, - “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.
Noyabrın 12-də “RFI”-yə (Radio France Internationale) verdiyi müsahibədə Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanı birpartiyalı hakimiyyətdən çıxarmaq zərurətindən danışıb.
“Gələn ilin sonunda seçkilərimiz var və Avropanın əsl gələcəyi bu seçkilərdə müəyyənləşəcək. Burada və digər Avropa paytaxtlarında səsləndirdiyim bu mesaj çox vacibdir ki, Avropa bizə sadəcə status verməməli, bizi çeynənilən sümük kimi atmamalıdır, bu statusu xüsusən də seçkilərdə Avropanın dəstəyi və iştirakı müşayiət etməlidir ki, yeni, demokratik mərhələ olan bu mərhələni də qət etmək imkanımız olsun və birpartiyalı rejimdən real, koalisiya çoxpartiyalı sistemə necə keçə bilək”, - Salome Zurabişvili bildirib.
Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilməlidir. Gürcüstan Konstitusiyasına görə, deputatlar yalnız proporsional sistemlə seçiləcək. Parlament üzvlərinin mandatları seçkilərdə iştirak edən seçicilərin ən azı 5 faizinin real səsini toplayan siyasi partiyalara paylanacaq.