“Gürcü Arzusu” Acara TV-dəki Məsləhət Şurasını ləğv etməyə hazırlaşır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İctimai Yayımçının Acara Televiziya və Radiosunun Məsləhət Şurasının ləğvi planlaşdırılır. Bu, “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən və bu gün ikinci oxunuşda parlamentin 79 deputatının dəstəklədiyi qanun layihəsində nəzərdə tutulub.

Hakim partiya mayın sonunda, “Yayım haqqında” qanuna dəyişiklik layihəsini təqdim edib və birinci oxunuşda tezcə qəbul edib, lakin ilkin variant Məsləhət Şurasının ləğvini nəzərdə tutmayıb. O, İctimai Yayımın Məsləhət Şurasının üzvlərinin sayının 9-dan 11-ə qədər artırılmasını, o cümlədən tənzimləyici orqan - Milli Rabitə Komissiyası üçün Məsləhət Şurasının üzvlüyünə iki namizəd irəli sürmək hüququnun verilməsini nəzərdə tutub.

İkinci səsvermədən əvvəl “Gürcü Arzusu” qanun layihəsini dəyişib. Xüsusilə, Milli Rabitə Komissiyası, bundan sonra İctimai Yayımların Məsləhət Şurasının üzvlüyünə namizədlər təqdim etməyəcək. Əvəzində Acara Muxtar Respublikasının Ali Şurası 1 deyil, 3 namizəd irəli sürmək hüququ əldə edəcək. Acara Televiziya və Radiosunun Məsləhət Şurası ləğv ediləcək və həm İctimai Yayım, həm də Acara Televiziya və Radiosunun proqram prioritetlərini Qəyyumlar Şurası müəyyən edəcək. Qəyyumlar Şurası Acara Televiziya və Radiosunun Direktorunu üç il müddətinə təyin edəcək, ona dəyəri yayımçının büdcəsinin 1%-dən çox olan belə bir sövdələşmənin bağlanmasına icazə verəcək, həmçinin direktorun maaşını müəyyən edəcək. Bundan əlavə, Məsləhət Şurası Acara Televiziya və Radiosunun büdcəsini, həmçinin büdcədə dəyişiklikləri qəbul edəcək və büdcənin icrası haqqında hesabatı təsdiq edəcək.

“Əslində, bu, öz mahiyyəti etibarilə yeni qanun layihəsidir. Dəyişikliklər prinsiplər səviyyəsində edilib. Onun qəbulu Parlamentin reqlamentinin pozulması və qeyri-qanuni qərar olacaq”, - müstəqil deputat Tamar Kordzaia parlamentin plenar iclasında bildirib.

Müxalifətçi deputatlar hesab edirlər ki, dəyişikliklər qəbul olunarsa, Acara televiziya və radiosunun mövcud müstəqilliyi təhlükə altına düşəcək.

“Qanun layihəsinə o qədər yeniliklər əlavə olundu ki, biz bunu heç anlaya belə bilmədik. Siz Acara TV-nin malik olduğu formal müstəqilliyi belə ləğv edirsiniz və əslində onu mərkəzi hökumətin tabeçiliyinə verirsiniz. Belə çıxır ki, İctimai Yayım şöbəsi bu gün İctimai Yayım tərəfinizdən necə idarə olunursa, o da elə idarə olunur. Bu, yeni qanundur və onun müzakirəsi dayandırılmalıdır”, - “Avrooptimistlər” siyasi qrupunun üzvü Roman Qotsiridze bildirib.

“Avrooptimistlərin” digər üzvü Xatia Dekanoidze qeyd edib ki, “Gürcü Arzusu”nun deputatları qanun layihəsinin yeni variantını öz həmkarları ilə yalnız dünən bölüşüblər. Dekanoidze sənədin komitənin müzakirəsinə qaytarılmasını tələb edib.

“Həqiqətən bütün detalları nəzərdən keçirə bilmədim, bu, böyükdür və bir çox şey dəyişib. Ona görə də mən hesab edirəm ki, bu qanun layihəsini geri qaytarıb komitədə müzakirə etmək olduqca vacibdir. Praktiki olaraq 2/3 dəyişdirilib. Ona görə də mən təklif edirəm ki, bu qanun layihəsi baxılması üçün geri qaytarılsın və bu qədər tələsik səsə qoyulmasın”, - Dekanoidze bildirib.

Qanun layihəsinin müəlliflərindən biri Rati İonatamişvilinin sözlərinə görə, ilkin variantda cəmi iki məsələ dəyişdirilib: birincisi - İctimai Yayımçının Məsləhət Şurasının üzvlüyünə namizədlər irəli sürə bilən qurumlar arasında artıq Rabitə Komissiyası yoxdur, ikincisi - Acara Televiziya və Radiosunun Məsləhət Şurası və İctimai Yayım Qəyyumlar Şurası “birləşdirilir”.

“Zamanında qəbul edilmişdi ki, həqiqətən də Məsləhət Şurası institusional olaraq düzgün forma deyil. İctimai Yayımçının Məsləhət Şurasının indiki və keçmiş üzvləri dəfələrlə təsdiqləyiblər ki, Məsləhət Şurasının Acara Yayımının vəkillik və lobbiçilikdə iştirak payı yoxdur, Məsləhət Şurasında isə həmişə, Acaradan olan bir nümayəndədən fəal olub. İndi bu dəyişiklik nəticəsində Məsləhət Şurasında bir yox, üç nümayəndə, yəni parlament çoxluğunun 3, müxalifətin 3, Acara Ali Şurasının isə 3 nümayəndəsi olacaq”, - İonatamişvili bildirib. 

Onun sözlərinə görə, dəyişikliklər Acarz Televiziya və Radiosunun müstəqilliyi və güclənməsi baxımından əlavə təminatlar yaradır.

İkinci oxunuşda qanun layihəsini 79 deputat dəstəkləyib. Tamar Kordzaia, Xatia Dekanoidze, Roman Qotsiridze və Armaz Axvlediani isə əleyhinə səs veriblər.“Yayım haqqında” qanuna dəyişikliklərin qəbulu üçün üçüncü və son dinləmə qalıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur