“Gürcü Arzusu” dini əşyaların təhqir olunmasına görə qanunvericiliyə cinayət məsuliyyəti daxil edir 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Stalinin də təsvir olunduğu üzərinə boya atılmış ikona 

Tbilisidə Sameba Kafedralı məbədində yerləşən Müqəddəs Moskvalı Matrona ikonasına boya atıldıqdan sonra hakim “Gürcü Arzusu” partiyası qanunvericiliyi sərtləşdirməyi planlaşdırır. Yanvarın 9-da ikonaya boya ona görə atılıb ki, onun üzərində Sovet diktatoru İosef Stalin də təsvir olunub.

Parlamentin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvilinin sözlərinə görə, Sameba Kafedralında baş verən fakt qanuna ziddir və müvafiq məsuliyyət tələb edir, lakin, mövcud qanunvericilik belə hərəkətlərə görə proporsional məsuliyyət nəzərdə tutmur.

“Biz artıq qeyd olunan məsələnin dərindən öyrənilməsinə başlamışıq. Biz beynəlxalq və xüsusilə Aİ-yə üzv dövlətlərin təcrübəsini, Strasburq Məhkəməsinin yanaşmalarını öyrənəcəyik, məsləhətləşmələrimiz olacaq və yaxın vaxtlarda müvafiq qanunvericilik dəyişikliklərinə başlayacağıq.

Bundan əlavə, ilkin araşdırmalara əsaslanaraq, artıq bilirik ki, Aİ-yə üzv olan bir çox dövlətlərdə dini tikililəri təhqir etmək və digər bu kimi hərəkətlər cinayət məcəlləsi ilə cəzalandırılır və həbs cəzası da nəzərdə tutulur. Məsələn, Almaniya, Avstriya, Polşa, Yunanıstan, İtaliya və s.

Ona görə də komandamız dini tikililəri və əşyaları təhqir etməyə görə cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün yaxın vaxtlarda qanunvericilikdə dəyişiklik etmək təşəbbüsü ilə çıxış edəcəyik! Bu, həm xristian-pravoslav, həm də digər dini tikililərə, məsələn, məscid, sinaqoq, katolik və ya digər kilsələrə şamil olacaq. Nəticədə bizim məqsədimiz dini məbədlərin təhqir olunmasına imkan verməmək və cəmiyyətdə dini zəmində münaqişələrin qızışdırılmasının qarşısını almaqdır”, - Oxanaşvili bildirib.

“Vahid Milli Hərəkat” partiyasından olan deputat Tina Bokuçavanın sözlərinə görə, “Gürcü Arzusu” bu mövzudan seçkiqabağı təşviqat üçün istifadə etmək, vətəndaşları bir-biri qarşıdurmaya soxmaq və zorakılığı təşviq etmək istəyir.

Sameba Kafedralında sovet diktatoru İosef Stalinin təsviri olan ikonanın olması barədə məlumatı yanvarın 6-da dekanoz İliya Çiqladze yayıb. Daha sonra məbədin keşişi arximandrit İovane Mçedlişvili izah edib ki, adı çəkilən ikona aylardır Sameba Kafedralındadır.

Rusyönümlü “Vətənpərvərlər Alyansı” partiyasının baş katibi İrma İnaşvili təsdiqləyib ki, Moskvalı Matrona ikonasını Müqəddəs Sameba Kafedralına Davit Tarxan-Mouravi ila birlikdə o bağışlayıb.

İnaşvilinin fikrincə, ikonada təsvir olunan Stalin mənfi personajdır: “Stalin kürəyi kilsəyə tərəf, təkəbbürlü sifətlə, lakin müqəddəsə yaxınlaşaraq təsvir olunub ki, bu da sadacə o deməkdir ki, Tanrı hər hansı tanrısız hökumətdən və istənilən hökmdardan ucadır”. 

Yanvarın 9-da fəal Nata Peradze video yayımlayıb, orada Moskvalı Matrona ikonasına mavi boya atıldığı görülüb. Həmin gün Daxili İşlər Nazirliyində İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi ilə xırda xuliqanlığa aid olan ikonanın üzərinə boya atılması faktı ilə cinayət işi başlanıb.

Patriarxlığın nümayəndələri Moskvalı Matrona ikonasını təmizləyərək Sameba Kafedralının daha görkəmli yerinə qoyublar.

Nata Peradze əvvəlcə sosial şəbəkələr üzərindən hədələnib, yanvarın 10-da isə rusyönümlü, zorakı “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı” partiyasının liderləri və tərəfdarları fəalın yaşayış evinə axışıblar. Onlar Nata Peradzeni ikonanı təhqir etməkdə günahlandırıb və onun “ağır şəkildə cəzalandırılmasını” tələb ediblər. Fəalın evinin yaxınlığında çoxlu sayda polis səfərbər edilib.

Fəal Nata Peradzenin evinin yaxınlığında etiraz aksiyası - “Azadlıq Radiosu”nun fotosu

Yanvarın 10-da Gürcüstan Patriarxlığı Moskvalı Matrona ikonasını bağışlayanlara müraciət edərək onları Stalinlə görüş epizodunu dəyişdirməyə çağıran bəyanat yayıb. Patriarxlığa görə, ikonanı bağışlayanlar bu fraqmenti dəyişdirməsə, Patriarxlıq özü bunu edəcək.

İrma İnaşvili Patriarxlığın bəyanatına cavab verib və bildirib ki, onlar ikonoqrafdan sözügedən fraqmentin dəyişdirilməsini xahiş edirlər, lakin, bu, “ikonanın təhqirinə görə kimisə bağışlamalıyıq” demək deyil.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur