“Gürcü Arzusu”nun dəstəkçiləri Kler Deyli və Mik Uolas Avropa Parlamentinə daxil ola bilməyiblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusyönlü mövqeləri ilə seçilən və “Gürcü Arzusu”nu dəstəkləyən Kler Deyl və Mik Uolas yeni seçilən Avropa Parlamentinə daxil ola bilməyiblər.

Solçu İrlandiyalı siyasətçilər “Politico” tərəfindən Aİ Parlamentində Rusiyanın “ən yaxşı dostları” sırasına daxil edilirdi.Onlar Avropa Parlamentinin tribunal yaradılması və Ukraynaya təcavüzə görə Rusiya liderlərinin cəzalandırılmasını tələb edən qətnaməsinin əleyhinə səs veriblər. “Irish Times”ın 2022-ci ildə apardığı araşdırma, sözügedən Avropa Parlamentinin deputatlarının Rusiya, Çin və başqa yerlərdə dövlətin nəzarətində olan mediada bu hökumətlərin siyasətlərinin tərəfdarları kimi geniş işıqlandırıldığını müəyyən etmişdi. “The Irish Examiner” yazır ki, Rusiya mediası Deyli və Uolası Avropanın vicdanı kimi təqdim edib. “Görünür, totalitar rejimlərdə dövlət mediasının təbliğat aləti kimi istifadə edilmələrində heç bir problem görməyiblər” deyə “Irish Examiner”də yazılan rəydə oxuyuruq.

May ayında Avropa Parlamenti Gürcüstanda “xarici agentlər” haqqında rus qanununun qəbuluna görə debatlar keçirib və Mik Uolas qanunun Aİ və digərləri tərəfindən pislənməsini “ifrat ikiüzlülük” adlandırıb.

“ABŞ və Avropalı müttəfiqləri Gürcüstan kimi suveren dövlətlərin daxili işlərinə qarışmağı nə vaxt dayandıracaqlar? Qeyri-hökumət təşkilatlarını öz geosiyasi maraqlarını təmin etmək üçün rejim dəyişikliyi məqsədilə maliyyələşdirmək Gürcüstanda sabitliyi pozur”, - Mik Uolas mayın 5-də yazıb.

Kler Deyli bildirib ki, Avropa Parlamentində bu qurumdan “Gürcüstanda hökuməti dəyişmək üçün” istifadə edən lobbiçilər var. O, Gürcüstanın hökumətyönlü “İmedi” televiziya şirkətinə müsahibəsində deyib ki, Avropa Parlamentində “bu qüvvələr Ukraynada etdikləri kimi Gürcüstanı Rusiya ilə siyasi mübarizəyə cəlb etməyə çalışırlar”.

Kler Deyli və Mik Uolas Aİ və “NATO”nun Ukrayna ilə bağlı siyasətini kəskin tənqid edirdilər. Kler Deyli müharibə başlamazdan əvvəl rus qoşunlarının Ukrayna sərhədində səfərbər edilməsini özünümüdafiə adlandırıb və Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyalara qarşı çıxıb. "Irish Times"ın yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidməti Kler Deylini Rusiya təbliğatına kömək edən ictimai şəxslər siyahısına daxil edib. Deyli iki narativ yaydığına görə tənqid olunur - “Rusiyaya qarşı sanksiyalar günahsız insanlara zərər verir”, Ukrayna münaqişəsi “NATO və Rusiya arasında proksi müharibədir”.

İyunun 6-9-da Avropa İttifaqına üzv 27 ölkədə Avropa Parlamentinə seçkilər keçirilib. Rəsmi nəticələrə görə, Avropa Xalq Partiyası (APP) ən çox 720 deputat yeri, 190 mandatı qazanıb. Qalan yerlər aşağıdakı kimi bölüşdürülüb: “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı” (S&D) – 136; “Avropanı Yenilə” (“Renew Europe”) – 80; “Avropa Mühafizəkarları və İslahatçıları” (ECR) – 76, “Kimlik və Demokratiya” (İD) – 58; “Yaşıllar”/EFA – 52; “Sol” (Left) – 39. 2019-2024-cü illərdə yuxarıda sadalanan siyasi qrupların heç birinə aid olmayan üzvlərə və yaradılmış siyasi qrupların heç birinə aid olmayan yeni seçilmiş üzvlərə 44 və 45 mandat paylanacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur