“Gürcü Arzusu”ndan olan parlament üzvü, hakim partiyanın Siyasi Şurasının üzvü Dimitri Samxaradze etiraf edir ki, o, jurnalistlərə, qeyri-hökumət təşkilatlarına və müxalif siyasi partiyaların nümayəndələrinə qarşı nifrət və zorakılıq kampaniyası təşkil edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 31-nə keçən gecə yenidən “Dağ Xəbərləri”/”Gürcüstan Xəbərləri”, “Vətəndaş Cəmiyyəti Fondu”, “Sapari”, “Droa”, “Qirçi - Daha Çox Azadlıq” və digər vətəndaş təşkilatları və siyasi partiyalarının ofislərinin və ya bu təşkilatların nümayəndələrinin evlərinin divarlarına təhqir, böhtan, təhdid xarakterli yazılar yazılıb.
“Neofaşistlərin, vətənsiz agentlərin başlatdığı keyfiyyətsiz bulinqə dünən cavab verildi! Mən sizə zərrə qədər dözməyəcəyəm və bağışlamayacağam, bir-birinizə bulinq edin! Bizə qarşı tutduğunuzun min qat pis, ağrılı və keyfiyyətlisini qaytaracacağıq! Siz görünmək və bir-birinizlə qarşılaşmaq istəməyəcəksiniz, hətta bir-birinizi görmək istəməyəcəksiniz, biz sizinlə belə davranacağıq! Hamınızın şəxsiyyətini bir-bir bilirik, “Gürcü Arzusu” komandasının hansısa üzvünə pislik etsəniz, sahibləriniz sizi xilas edə bilməyəcək! Deyilməmiş nəsə qalmasın, arxaya baxmağı dayandırın, biz heç kimə arxadan hücum etmirik, önə baxın, nəyəsə ayağınızı basmayasınız!”, - deyən Samxaradze statusuna “Gürcü Arzusu”nun hədəfə aldığı təşkilatlarının ofisləri və fəalların evləri yaxınlığında təhqiramiz yazılar yazarkən çəkilmiş videonu əlavə edib.
Samxaradzenin dərc etdiyi siyahı aşağıdaki kimidir:
- “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”;
- “Tbilisi Pride”;
- “Sapari”
- “Addım” Hərəkatı;
- “Utancdır”
- “Məhkəmə Gözətçisi”
- “Dağ Xəbərləri”
- “Monitor” Studiyası
- “Dalğa” Hərəkatı
- “Vətəndaş Cəmiyyəti Fondu” (Soros Fondu);
- “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti”;
- “Beynəlxalq Şəffaflıq - Batumi”;
- “Yaşıl sektor - Batumi”;
- “Lelo Gürcüstan Üçün”;
- “Qirçi-Daha Çox Azadlıq”;
- “Qirçi - Droa”;
- “Lelo Gürcüstan” - gənclik;
- “Milli Hərəkat” - mərkəzi;
- “Axali” - Qvaramia Melia;
- “VMH” - Batumi;
- “Lelo” - Batumi;
- “Axali” - Batumi;
Samxaradzenin etirafından əvvəl, bu gün səhər hökümət televiziyaları “İmedi” və “POS TV” foto və videomateriallar yayıblar ki, guya, “vətəndaşlar radikal müxalifətin və onlara dəstək verən qeyri-hökumət təşkilatlarının ofisləri yaxınlığında etirazlarını ifadə ediblər”.
Mayın 9-da “Gürcü Arzusu”nun göstərişi ilə “Dağ Xəbərləri”/ “Gürcüstan Xəbərəri” və “Monitor” Studiyasının ofisləri və bu media qurumlarının redaktorlarının evləri yaxınlığında eyni məzmunlu plakatlar vurulub. “Dağ Xəbərləri”/ “Gürcüstan Xəbərəri”nin redaktoru Qela Mtivlişvili həmin gün Xüsusi İstintaq Xidmətinə təhqiqata başlamaq tələbi ilə müraciət etsə də, istintaq başlamayıb. Xidmət məlumatı Daxili İşlər Nazirliyinə göndərib, lakin reaksiya verilməyib.
Hakimiyyət tərəfindən göndərilən naməlum şəxslər “Monitor” Studiyasının redaktoru, araşdırmaçı jurnalist Nino Zuriaşvilinin avtomobilinə də ziyan vurublar. Polis istintaq başlayıb, cinayətin üstündən üç həftə keçib, lakin heç kim məsuliyyətə cəlb olunmayıb.
“Hökumətin məqsədi Gürcüstanın ruslaşdırılmasına qarşı çıxan insanları susdurmaq və qorxutmaqdır. Biz konstitusiyaya zidd qanuna tabe olmaq fikrində deyilik. Biz xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların reyestrində qeydiyyatdan keçməyəcəyik”, - Qela Mtivlişvili deyir.