“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Beynəlxalq insan haqları təşkilatı "Amnesty International" Gürcüstan hakimiyyətini LGBT hüquqlarını məhdudlaşdıran qanun layihəsini rədd etməyə çağırır. Təşkilatın bəyanatında bildirilir ki, Avropa Birliyinə üzv olmaq istəyən bir ölkədə belə bir “zərərli təşəbbüs”ün həyata keçirilməsi narahatlıq doğurur.

“Amnesty İnternational” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyevin sözlərinə görə, “Gürcü Arzusu”nun təqdim etdiyi konstitusiya düzəlişləri ayrı-seçkilik xarakteri daşıyır, “eynicinsli münasibətlərin təşviqi” kimi qiymətləndirilə bilən hər hansı ictimai fikir ifadəsini və ya ictimai toplantıları qadağan edir.

“Təklif olunan təşəbbüs Gürcüstanda insan haqlarına və xüsusilə LGBT insanların hüquqlarına açıq hücumdur. İnsan ləyaqətinə, azadlığa və ümumbəşəri bərabərliyə hörmət dəyərlərinə söykənən Avropa İttifaqına daxil olmağa can atan bir ölkədə hakim partiyanın belə zərərli təşəbbüsü həyata keçirməsi narahatedicidir.

Gürcüstan hökuməti bu açıq ayrıseçkilik xarakterli qanunvericiliyi təbliğ etməklə nəinki insan hüquqları prinsiplərinə xəyanət edir, həm də LGBTİ insanların hüquqlarının getdikcə daha çox pozulduğu regionda ən acınacaqlı nümunələri ilə də barışmış olur. Təklif olunan dəyişikliklər cinsi oriyentasiyadan və gender kimliyindən asılı olmayaraq, Gürcüstan Konstitusiyası ilə hər kəs üçün ifadə, toplaşma və birləşmək azadlığı kimi qorunan insan hüquqlarına birbaşa ziddir.

Biz Gürcüstan hakimiyyətini bu təşəbbüsü dərhal rədd etməyə və Gürcüstanda insan hüquqlarının müdafiəsini təmin etmək üçün etibarlı addımlar atmağa çağırırıq. LGBTİ insanların da hər bir fərd kimi ayrı-seçkilikdən müdafiə olunmaq, bütün insan hüquqlarından, o cümlədən ifadə və dinc toplaşmaq azadlığından tam və istisnasız istifadə etmək hüququ var”, - “Amnesty International” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşev bildirib.

Amnesty International qeyd edir ki, “Gürcü arzusu” insan hüquqlarını məhdudlaşdıran qanunvericiliyə düzəlişləri “xarici agentlər” haqqında qanunun qəbuluna cəhddən bir il sonra təqdim edib. Beynəlxalq təşkilatın bəyanatına görə, Rusiya qanunvericiliyinə əsasən yaradılmış və vətəndaş cəmiyyəti qrupları üçün təhlükə yaradan qanun layihəsi Tbilisidə keçirilən kütləvi etirazlardan sonra ləğv edilib.

“Gürcü Arzusu” konstitusiyaya ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi motivi əsasında dəyişikliklər etmək istəyir. Hakim partiya konstitusiya dəyişikliklərini qəbul etmək üçün parlamentdə lazımi 113 səsə malik deyil. Çoxluğun lideri Mamuka Mdinaradze deyir ki, onlar dəyişikliklərin “indi olmada da, heç olmasa növbəti çağırış parlamentdə” dəstəklənməsi üçün hər şeyi edəcəklər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur