“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradzenin sözlərinə görə, hakim partiya “xarici agentlər haqqında” qanunu cari sesiya bitənədək üçüncü oxunuşda qəbul edəcək. Bu gün partiya ofisində keçirilən brifinqdə Mdinaradze bildirib ki, qərar dünən parlament çoxluğu tərəfindən qəbul edilib, mətn eyni olacaq, yalnız “xarici təsir agenti” ifadəsi “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Keçən il radikal müxalifət, “Engeolar” və onların lobbiçiləri Gürcüstan cəmiyyətinin mühüm hissəsini səhvə düçar edərək “Engolar”ın onlar qarşısında hesabatlılığını və şəffaflığını nəzərdə tutan qanunu məhz onların öz əlləri ilə ləğv etdirdilər. Biz gürcü xalqı tərəfindən seçilmiş hökumətik və gürcü cəmiyyətinin ləyaqətini qorumaq bizim əsas vəzifəmizdir. Onlar cəmiyyəti aldatdıqlarına görə cavab verməlidirlər. Ona görə də parlament çoxluğu partiyanın siyasi şurası ilə məsləhətləşdikdən sonra “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarına gəlib”, - Mdinaradze bildirib.
“Gürcü Arzusu”nun icraçı katibi bir daha vurğulayıb ki, “Gürcüstanda vətəndaş sektoru ən qeyri-şəffaf sektordur və 2020-2022-ci illərdə bu, onlara inqilabi ssenarinin episentrində olmağa, seçkilərdə paralel səs sayılmasını (“piviti”) saxtalaşdırmağa imkan verib. Onların dərc etdikləri “ən pis seçkilər”lə bağlı saxta nəticə və bəyanat radikal müxalifətə təxribat törətmək və seçkilərin nəticələrini tanımamaq üçün süni bəhanə yaratdı ki, bunun əsasında radikallar növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edirdilər və bütün il boyu ölkəyə istirahət imkanı vermirdilər. Müvafiq olaraq, varlı “Engeolar” nəinki 2020-21-ci illərdə inqilabi ssenarinin episentrində idi, hətta onun əsas təşəbbüskarı funksiyasını da öz üzərlərinə götürmüşdülər. Onlar ikinci dəfə 2022-ci ilin iyununda, Gürcüstanın namizəd statusunu ədalətsizcə ala bilməməsi bəhanəsi ilə hökumətin istefasını və əsas vəzifələri özlərinin tutacağı “mexaniki hökümət”in yaradılmasını tələb edərkən inqilabi ssenarinin episentrində idilər. Onlar 2022-ci ildə keçirilən, əsas tələbi sanksiyalara qoşulmaq və Ukraynada döyüşmək üçün könüllülərin göndərilməsi olan bütün etiraz aksiyalarında fəal iştirak ediblər.
İllər keçdikcə sözdə qeyri-hökumət təşkilatları məhkəmə hakimiyyətinin müstəqilliyinə qarşı sovet tərzi kampaniya aparırlar. Bu məqsədlə məhkəmə sistemini və hakimləri ləkələyirlər. “Engolar”lar indiyədək məhkəmələrdə sistematik, hətta az-çox ciddi qeyri-sistematik problemlərin mövcudluğunu sübut edəcək məhkəmə işlərini sübut edə bilməsələr də, yenə də yuxarıda qeyd olunan kampaniyadan əl çəkmirlər və qeyri-şəffaf maliyyədən istifadə ededərək bu ən mühüm dövlət qurumunu sarsıtmağa çalışırlar.
Bundan əlavə, “Engolar” psevdoliberal ideologiyanın ideologiyanın yayılmasında və “LGBT” təbliğatında; məqsədi gürcü pravoslav kilsəsinə ictimai inamı sarsıtmaq olan kampaniyalarda; Gürcüstanda dini məzmunlu siyasi müdaxilənin dəstəklənməsində; Gürcüstanın enerji müstəqilliyinə qarşı yönəlmiş hərəkətlərdə və s. fəal iştirak edirlər” - Mdinaradze bildirib və ekstremizmin maliyyələşdirilməsinin konkret faktları kimi “Droa”, “Franklin Klubu”, “Canvas”ın təlimlərini qeyd edib.
Hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət və media təşkilatlarını “xarici təsir agentləri” kimi qeydiyyatdan keçirməyə məcbur edən və ölkədə müstəqil ictimai təşkilatları yox etmək məqsədi güdən “rus qanunu” “Gürcü Arzusu” ilk oxunuşda martın 7-də qəbul etmişdi. Həmin gün on minlərlə insan Tbilisidə hökumətin bu qərarına qarşı çıxmışdı. Nümayişçilər “rus qanunu”nun ləğvini tələb edirdilər. Hökumət gözyaşardıcı qaz, təyziqli su və bibər qazından istifadə etməklə etirazı dağıdmışdı. Minlərlə nəfərlik aksiya martın 8-də də keçirilmişdi və bu aksiya hökumət tərəfindən yenidən dağıdılmışdı. Xüsusi təyinatlılar gecə boyu nümayişçiləri küçələrdə təqib edərək onları saxlayır və döyürdü. Qəddarcasına basqınlardan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındırıb yandırmışdılar. Bir çox aksiya iştirakçıları yaralanmış, polisin basqını zamanı nümayişçilərdən biri görmə qabiliyyətini itirmişdi.
Güclü etiraz və misli görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” martın 10-da keçirilən plenar iclasda rus qanununu ikinci oxunuşda rədd edib.