Fotoda Mixeil Kaplanişvili və Aleksandre Martiaşvili

Ukraynada iki gürcü döyüşçü həlak olub - 46 yaşlı Mixeil Kaplanişvili və 24 yaşlı Aleksandre Martiaşvili.

“İstəyirəm hamı bilsin ki, o, çox gərgin döyüşüb, çox cəsarətlə döyüşüb, amma təəssüf ki, atəş zamanı top gülləsinin parçasına düşüb. O, yerindəcə dünyasını dəyişib. Yaşasın qəhrəmanlar! Yaşasın Gürcüstan! Yaşasın Ukrayna!”- 2014-cü ildən Ukrayna silahlı qüvvələrinin sıralarında olan gürcü döyüşçü Vano Nadiradze Mixail Kaplanişvili haqqında deyir.

Oktyabrda Donetsk vilayətində ölümcül yaralanan 44 yaşlı Edişer Kvaratsxeliya Ukraynada həlak olub. Onun meyiti köçürülüb və oktyabrın 20-də Tsalencixada dəfn edilib.

Rusiya Ukraynada müharibəyə 24 fevral 2022-ci ildə başlayıb və bu günə kimi davam edir. Bu müddət ərzində Ukraynada iyirmi üç gürcü döyüşçü öldü:

  1. Aleksandre Martiaşvili – Xerson, 2022- ci ilin oktyabr ayı
  1. Mixeil Kaplanişvili – Luqansk vilayəti, 2022- ci ilin oktyabr ayı
  2. Edişer Kvaratsxelia – Donetsk vilayəti, 2022- ci ilin oktyabr ayı;
  3. Gela Gogia – Donetsk vilayəti, 2022-ci ilin avqust ayı;
  4. Berdia Coxadze – Xerson vilayəti, 2022-ci ilin avqust ayı;
  5. Kaxa Qoqoli -  Luqansk vilayəti, 2022-ci ilin iyul ayı;
  6. Aluda Zviadauri  - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  7. Kirile Şanava - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  8. Daniel Gerliani - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  9. Giorgi Grigolia - Luqansk vilayəti, 2022-ci ilin iyun ayı;
  10. Rati Şurğaya – Xarkov vilayəti, İzyum, 2022-ci ilin may ayı;
  11. Telman (Tato) Bigvava – Donetsk vilayəti, Mariupol, “Azovstal”, 2022-ci ilin may ayı;
  12. Vitali Orbeladze – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  13. Zaza Bitsadze – Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
  14. Alika Tsaava - Luqansk vilayəti, 2022-ci ilin aprel ayı;
  15. Arkadi Kasradze - Luqansk vilayəti, Rubejnoye, 2022-ci ilin aprel ayı;
  16. David Menabdişvili – Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  17. Nika Şanava - Xarkov vilayəti, İzyum, 2022-ci ilin aprel ayı;
  18. David Gobecişvili – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  19. Baxva Çikobava – Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  20. David Ratiani - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  21. Gia Beriaşvili - Kiyev vilayəti, İrpen şəhəri, 2022-ci ilin mart ayı;
  22. Oleq Gegeçkori - Kiyev vilayəti, 2022-ci ilin mart ayı.
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur