Rusiya, diplomatik münasibətlərin olmaması şəraitində belə Gürcüstanla əlaqələrin normallaşması üzərində işləmək niyyətindədir. Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“TASS” dövlət xəbər agentliyinə müsahibəsində Qaluzin qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci ildə “Saakaşvili rejimi”nin təşəbbüsü ilə kəsilib və bərpasının mümkünlüyü “regiondaki yeni reallıqla ziddiyət təşkil edən siyasi tələblərə bağlıdır”.
“Diplomatik münasibətlərin olmamasına baxmayaraq, biz öz tərəfimizdən gələcəkdə Gürcüstanla əlaqələrin normallaşmasına töhfə vermək niyyətindəyik”, - Mixail Qaluzin bildirib.
Rusiyalı diplomat Rusiya ilə Gürcüstan arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrin müsbət dinamikasından da danışıb.
“Gürcüstan hökumətinin praqmatik xətti sayəsində ölkələrimiz arasında 2019-cu ildə gürcü radikallarının məlum təxribatı nəticəsində yaranmış münasibətlərin çətin dövrü aşılıb.
2000-ci ildən Gürcüstan vətəndaşlarının qısamüddətli səfərlərinə tətbiq edilən viza rejimi ötən il ləğv edilib və birbaşa hava uçuşları bərpa edilib. Bu addımlar Gürcüstan hökuməti və əhalisinin mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb. Rusiya prezidentinin 2023-cü il 10 may tarixli fərmanlarının icrası xalqlarımız arasında münasibətlərin şərtlərini sadələşdirdi, işgüzar dairələr arasında əlaqələrin fəallaşmasına, iqtisadi-ticari əlaqələrin inkişafına şərait yaradıb”, - Qaluzin qeyd edib.
Onun sözlərinə görə, ötən il Rusiyadan Gürcüstanı 1,4 milyondan çox insan ziyarət edib.
“ Gürcüstan iqtisadiyyatının turizm sektorunun gəlirinin dörddə birini ruslar təmin edir.
Rusiya Ticarət və Sənaye Palatası yanında Rusiya-Gürcüstan İşgüzar Şurası yaradılıb və artıq beş sessiya keçirilib. Birbaşa uçuşların tezliyi və coğrafiyası artmaqda davam edir - iki Rusiya və bir Gürcüstan aviaşirkəti Rusiya və Gürcüstan şəhərləri arasında həftədə 60-dan çox uçuş həyata keçirir.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında sonuncu tamhüquqlu görüş 2021-ci ilin noyabrında baş tutub. O vaxtdan bəri onlar uzaqdan əlaqə saxlayırlar. Xüsusilə, bu, ölkələrimiz arasında yeganə operativ quru arteriyası olan Gürcüstanın hərbi yolunun rahat işləməsinə aiddir”.
Gürcüstan Rusiya Federasiyası ilə diplomatik əlaqələri 2 sentyabr 2008-ci ildə kəsib. Bu, Rusiyanın avqust ayında həyata keçirdiyi hərbi təcavüzdən və Gürcüstanın işğal olunmuş rayonlarının “müstəqilliyi”nin tanınmasından sonra baş verib. Gürcüstan tərəfi diplomatik münasibətlərin bərpası üçün şərt kimi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin tanınmasını bəyan edir.