“Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə görüşmək xoş oldu. Biz Gürcüstanın Genişlənmə Hesabatında öz əksini tapmış 12 əsas prioritetin yerinə yetirilməsi üzrə son səylərini qiymətləndirdik. Gürcüstan Aİ ailəsinə aiddir və Aİ-yə gedən yolda bütün dəstəyi alacaq”, - Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhey “Twitter” sosial şəbəkəsində yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan hökumət administrasiyasının məlumatına görə, baş nazirin Brüsselə işgüzar səfəri çərçivəsində keçirilən görüşdə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi müzakirə olunub.
“Baş nazir Oliver Varhey ilə görüşdə Gürcüstana namizəd statusunun verilməsinin vacibliyini vurğulayıb və 12 prioritetdə nəzərdə tutulan islahatların həyata keçirilməsi üçün Gürcüstanın göstərdiyi səylərin Avropa Komissiyasının hesabatında öz əksini tapacağına və Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcəyinə ümidvar olduğunu bildirib”, - bəyanatda deyilir.
Avropa Komissiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verib-verməyəcəyi noyabrda məlum olacaq.
Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt qoyub. Gürcüstanın müraciəti ilə bağlı Komissiyanın hazırladığı nəticədə siyasi qütbləşməyə son qoyulması, məhkəmə islahatları, deoliqarxizasiya, mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və.s prioritetlər sırasındadır.