Gürcüstan Avropa Şurasının “Maqnitski siyahısı”nın 2026-cı il dekabrın 8-dək uzadılması ilə bağlı qərarına qoşulmayıb. Dünyada, o cümlədən Rusiyada insan hüquqlarının kobud şəkildə pozulmasına məruz qalan fiziki və hüquqi şəxslər bu mexanizmlə sanksiyaya məruz qalırlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Maqnitski siyahısı”nın qüvvədə olma müddətinin uzadılmasının tərəfdarları arasında Aİ üzvlüyünə namizəd statusuna malik ölkələr, o cümlədən Ukrayna və Moldova da var.
Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova Respublikası və Bosniya-Herseqovina, həmçinin Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələridir. Şuranın bu qərarına Avropa İqtisadi Birliyinin üzvü olan İslandiya, Lixtenşteyn və Norveç də qoşulur. Onlar öz milli siyasətlərinin Şuranın bu qərarına uyğun olmasını təmin etməlidirlər. Aİ bu öhdəliyi tanıyır və alqışlayır", - Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib.
“Maqnitski Aktı” ilk dəfə 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edilib. Qanun 2009-cu ildə Rusiya həbsxanasında vəfat edən rusiyalı vergi məsləhətçisi Sergey Maqnitskinin adını daşıyır və ilkin olaraq Maqnitskinin ölümündə məsul olan məmurları hədəf alırdı. Həbsxanaya düşməzdən əvvəl Sergey Maqnitski Rusiya xəzinəsindən milyardlarla rubl oğurlayan korrupsioner məmurlarla bağlı böyük fırıldaqların üstünü açdığını iddia edirdi. 2016-cı ildən Maqnitski Aktı dünyanın hər yerindən ciddi insan haqları pozuntularına və korrupsiyaya görə sanksiyalar nəzərdə tutur. Avropa İttifaqı 2020-ci ildə “Maqnitski Aktı”nın analoqunu təsdiqləyib.
Avropa Şurası Gürcüstanın Avropa Komissiyasının tövsiyəsində nəzərdə tutulan addımları atacağını nəzərə alaraq bir neçə gün əvvəl Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verib. 9 şərtdən ikincisi Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici siyasətinə uyğunluğunun təkmilləşdirilməsidir.
Gürcüstan hakimiyyəti ölkənin Avropa Şurasının Maqnitski siyahısı ilə bağlı qərarını dəstəkləyənlər sırasında olmamasının səbəbini hələ izah etməyib.