Gürcüstan BMT-də Rusiya qüvvələrinin Zaporojya stansiyasından çıxarılmasını dəstəkləyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

BMT Baş Assambleyası Rusiyanı Ukraynanın Zaporojya atom elektrik stansiyasından “hərbi və digər icazəsiz personalını dərhal çıxarmağa” və onu Ukrayna hakimiyyətinin tam nəzarətinə qaytarmağa çağırıb.

Bu məsələ ilə bağlı qətnamə 193 üzvdən ibarət Baş Assambleya tərəfindən 99 səslə qəbul edilib. Sənədi Gürcüstan da dəstəkləyib. Qətnamənin əleyhinə 9 ölkə - Rusiya, Belarus, Burundi, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya və Eritreya səs verib, Ermənistan, Çin, Meksika, Səudiyyə Ərəbistanı, İraq və Misir də daxil olmaqla, 60 ölkə səsvermədə bitərəf qalıb.

Qətnamə Rusiyadan Ukraynanın kritik enerji infrastrukturuna hücumları dərhal dayandırmağa çağırır ki, bu da Ukraynanın bütün nüvə obyektlərində nüvə qəzası və ya insident riskini artırır.

Assambleya həmçinin Rusiyadan Ukraynaya təcavüzünü dərhal dayandırmağı və bütün hərbi qüvvələrini Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarmağı tələb edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bu qətnaməni yalnız Avropa, Amerika və Ukraynada müharibə tərəfdarlarını cəsarətləndirə biləcək siyasiləşdirilmiş layihə adlandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski qətnamənin qəbuluna münasibət bilidirb və deyib ki, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmətin bərpası istiqamətində daha bir mühüm addım atılıb.

“BMT Baş Assambleyası Ukraynanın nüvə obyektlərinin, o cümlədən Zaporojya atom elektrik stansiyasının təhlükəsizliyinə dair Ukraynanın təşəbbüsü ilə qəbul edilmiş qətnaməni təsdiqləyib”. Qətnamədə Rusiyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) rəhbər orqanının qətnamələrinə əməl etməməsi fonunda Zaporojya atom elektrik stansiyasının demilitarizasiyası və işğaldan azad edilməsinin zəruriliyi bir daha vurğulanır.

“Mən bütün tərəfdaşlarımıza Rusiyanın təcavüzü nəticəsində dağıdılmış ərazilərdə təhlükəsizliyin bərpasında göstərdikləri köməyə görə təşəkkür edirəm. Biz fundamental beynəlxalq hüququ və ümumi dəyərləri birgə işləməklə qoruya bilərik”, - deyə Zelenski bildirib.

Avropanın ən böyük ən böyük atom elektrik stansiyası olan Zaporojya atom elektrik stansiyası 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan az sonra Rusiya tərəfindən ələ keçirilib. Stansiyanın fəaliyyəti dayandırılıb, lakin nüvə materialını soyutmaq üçün xarici enerji təchizatı tələb olunur. Müharibə zamanı Ukrayna və Rusiya dəfələrlə bir-birini stansiyanı bombalamaqda və elektrik xətlərini kəsməkdə ittiham ediblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur