“Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze martın 7-də parlament qarşısında keçirilən çoxminlik etiraz aksiyası ilə bağlı bildirib ki, cəmiyyət casusların yeni inqilabına imkan verməyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dünən Tbilisidə, əminəm ki, həmvətənlərimizin böyük əksəriyyəti üçün xoşagəlməz hadisələr baş verdi.
Radikal müxalifət və onun mediası ictimaiyyətin böyük bir hissəsini parlamentin qəbul etdiyi Amerika qanununun Rus qanunu olduğuna inandırdı ki, bu da dünən insanların səmimi ehtiras dalğalanmalarını doğurdu.
Lakin həmişə olduğu kimi, radikal müxalifət bu səmimi ehtiras dalğasından öz siyasi məqsəd və tapşırıqlarını yerinə yetirmək üçün istifadə etməyə çalışdı.
Radikal müxalifət tərəfdarları tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı görünməmiş zorakılıqlar qeydə alınıdı. Əgər 2012-ci ilə qədər asayiş keşikçiləri etirazçılara və Xalq Müdafiəçisinə qarşı zorakılıq nümayiş etdirirdilərsə, dünən həmin Milli Hərəkatın göstərişi ilə aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Xalq Müdafiəçisinə qarşı zorakılıq nümayiş etdirirdilər. Bu fakt bir daha xatırladır ki, bu insanlar harda - iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq heç vaxt öz təbiətlərini dəyişməyəcəklər.
Dünən qanunu kobud şəkildə pozan, zorakılıq törədən hər kəsin qanun çərçivəsində sərt çəkildə cavab verməsi vacibdir.
Dünən kiçik də olsa xəsarət alan hər bir dinc etirazçı üçün ürək ağrımızı ifadə edirik.
Dünən göstərdikləri səbrə və insan hüquqlarının ən yüksək standartlarına uyğun şəkildə hərəkət etdiklərinə görə hər bir polis əməkdaşına və hüquqmühafizəçilərinə təşəkkür edirik.
Bir daha diqqəti radikalların son günlər başlatdığı kampaniyanın üzərində qurulduğu iki məsələyə cəlb etmək istərdik: qeyri-hökumət təşkilatlarını xarici təsir agentləri kimi adlandırmaq və Gürcüstanın Avropa gələcəyi.
Əvvəla, bir daha qeyd etmək lazımdır ki, parlamentin birinci oxunuşda qəbul etdiyi qanun layihəsinin casusluq fəaliyyətinə aidiyyatı yoxdur. Qanun layihəsində yalnız konkret təşkilatların kimin - gürcü xalqının, yoxsa xarici güclərin vicdanlı və ya vicdansız məqsəd və vəzifələrinə xidmət etdiyi aydınlaşdırılır.
Vaxtında casuslara ad verilsə idi, Gürcüstan çox əziyyətlərdən yaxa qurtarardı. Bu gün bolşevik ruhu müasir Serqo Orconikidze və Qiqla Berbiçaşvili - Mixail Saakaşvili, Qiqa Bokeriya, Giorgi Vaşadze, Zurab Caparidze, Levan Xabeişvili və radikal müxalifətin digər liderlərində yaşayır.
Əgər onların məşhur Bakuriani müşavirəsində ortaya qoyduqları plan həyata keçirilsəydi, ötən ilin iyununda hakimiyyət çevrilişi olacaqdı və biz tam məsuliyyətlə bəyan edirik – bu gün Tbilisidə rus tankları yerləşdirilmişdi. Onlar rus tanklarını 2008-ci ilin avqustunda etdikləri kimi Gürcüstana gətirəcəkdilər.
2003-cü ildə Gürcüstanda casuslar inqilabı baş verdi və bu inqilab Gürcüstana 9 anti-Avropa ili- insanlara işgəncələr, biznes reketləri, medianın oğurlanması və Gürcüstan ərazilərinin 20 faizinin itirilməsi ilə nəticələndi. Sonra casuslar ictimaiyyətin səmimi emosiyaları ilə manipulyasiya edə bildilər və prinsipial səhvə yol verdirdilər.
Bu gün Gürcüstan cəmiyyəti eyni casusların yeni inqilaba və ölkənin keçmişə qayıdışına imkan verməyəcək qədər yetkinləşib. Gürcüstan dövlətdir və qanun çərçivəsində ölkəni narahat etmək istəyən hər kəs qanunun bütün sərtliyi ilə cavab verəcək.
Nəhayət, ehtiras dalğası səngiyəcək və cəmiyyətə “Xarici Təsirin Şəffaflığı Haqqında” qanunun təmin etdiyi QHT maliyyəsinin şəffaflığı qalacaq. Camaat Bakurianini toplantısının kim tərəfindən maliyyələşdirildiyini, “Sirçvilia”, “Droa” və digər ekstremist təşkilatları kimin maliyyələşdirdiyini, kimin maliyyəsi ilə pravoslav kilsəsinə qarşı bolşevik təbliğatı aparıldığını, ölkənin energetik inkişafına mane olunduğunu və s. dəqiq biləcək.
Düşünürük ki, ictimaiyyət bütün bunlarla bağlı dolğun məlumata sahib olmalı və buna uyğun nəticələr çıxarmalıdır.
Bütün bunların Avropa və Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur. Biz dövləti casusların planlarından qorumasaq, nəinki Avropa Birliyinə üzv olmayacağıq, həm də suverenliyimizi itirəcəyik. Hamımız başa düşməliyik ki, biz heç vaxt bir ayaq üstə gəzməklə Avropa Birliyinə daxil ola bilmərik.
Hakimiyyət tərəfindən Avropa institutlarına hörmət edilməsinə gəlincə, xatırlatmaq istəyirik ki, söz verdiyimiz kimi, biz artıq qanun layihəsini rəy almaq üçün Venesiya Komissiyasına göndərmişik və buna görə də ona baxılması yalnız bir neçə aydan sonra Venesiya Komissiyasından rəy aldıqdan sonra davam edəcək. Buradan da görünür ki, qanun layihəsinin birinci dinləmədə qəbulu ilə bağlı narahatlıqlar nə qədər əsassızdır.
Gürcüstan əhalisinin 80 faizindən çoxu Gürcüstanın Avropa gələcəyini dəstəkləyir, 90 faizdən çoxu isə pravoslav kilsəsinə inanır. Buradan aydın olur ki, kilsəni söyənlər heç vaxt Gürcüstanı Avropa Birliyinə daxil edə bilməyəcəklər”, Kobaxidze bildirir.
2014-cü ildə Venesiya Komissiyası Rusiya Federasiyasında qəbul edilmiş "Xarici agentlər" qanunu ilə bağlı tənqidi hesabat hazırladı və qeyd etdi ki, xaricdən maliyyə alan qeyri-kommersiya təşkilatlarının şəffaflığının təmin edilməsinə olan maraq, insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində çalışan təşkilatların fəaliyyətini məhdudlaşdıran tədbirlərə haqq qazandıra bilməz. "Xarici agentlər" termini ilə bağlı Venesiya Komissiyası yazırdı ki, kommunist dövrünün ritorikasına dönərək, bu termin tətbiq olunduğu təşkilatlara damğa vurur, onların reputasiyasına xələl gətirir və onların işinə ciddi əngəl törədir.
Martın 7-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” rus qanun layihəsini 13 əleyhinə 76 lehinə səslə birinci dinləmədə qəbul edib. Qanun müstəqil media qurumlarını və vətəndaş cəmiyyəti təşkilatlarını “xarici agent” elan edir və onları məhdudlaşdırmaq və ya bağlamaq üçün bir çox rıçaqlar təqdim edir.
Parlament binası qarşısında rus qanunlarına qarşı keçirilən etiraz aksiyasında polis 66 nəfəri xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə inzibati qaydada həbs edib. Vəkillərin sözlərinə görə, saxlanılan şəxslər döyülüb.
Daxili İşlər Nazirliyi dinc nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib və bir neçə saat fasiləsiz olaraq gözyaşardıcı qaz buraxıb. Çoxlu insan yaralanıb. Gözyaşardıcı qazın buraxılması səbəbindən nümayiş dəfələrlə dağılıb və nəhayət, Rustaveli prospektində Parlamentin ətrafındakı bütün ərazi xüsusi təyinatlılar tərəfindən tutulub. Polis dinc nümayişçiləri küçələrdə təqib edərək həbs edib və həbs zamanı zorakılıq tətbiq edib.