Kremlin əsas ideoloqu, rus filosof Aleksandr Duqin Gürcüstan Parlamentinin Hüquq Məsələləri üzrə Komitəsində, “xarici agentlər haqqında” rus qanunun müzakirəsini şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan düzgün yoldadır. Əgər suverenlik istəyirsənsə, beşinci kolonu məhv et. Biz bu yolu keçmişik və müsbət effekt də ortadadır. Lakin bu, yalnız başlanğıcdır. Cəmiyyətin dərinliklərində - elitada, bürokratiyada, təhsildə, mədəniyyətdə, biznesdə nə qədər liberal agent qalıb. Amma tanrının lütfü ilə biz onları təmizləyəcəyik”, - Duqin yazıb.
12 saatlıq müzakirədən sonra parlamentin Hüquq Məsələləri üzrə Komitəsi müstəqil media və ictimai təşkilatların fəaliyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib. Rus qanununun müəlliflərindən biri və çoxluğun lideri Mamuka Mdinaradzenin dediyi kimi, qanun bu həftə plenar iclasda müzakirəyə çıxarılacaq.
Parlament binası yaxınlığında dinc nümayişə minlərlə insan toplaşıb. Onlar bəyan edirlər ki, “Gürcüstanın Avropa gələcəyinə xələl gətirəcək” qanunun qəbuluna imkan verməyəcəklər.
Polis aksiyanın bir neçə iştirakçısını həbs edib. Əraziyə xüsusi təyinatlılar və xüsusi texnika, o cümlədən su maşını səfərbər olunub.
"Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agent” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.