ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Jeanne Shaheen hesab edir ki, Gürcüstan avtokratiya ilə demokratiya arasında daxili mübarizənin getdiyi ölkələrdən biridir. Senator bu barədə aprelin 26-da, komitə iclasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samantha Powerin dinləməsi zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Aydın şəkildə görünür ki, Gürcüstan xalqı Qərbə, Avropaya doğru baxmaq istəyir, demokratiya istəyir. Senator Risch ilə mən 2012-ci ildə “Gürcü Arzusu” hakimiyyətə gələndə seçkiləri müşahidə etmək üçün orada idik. Gördüyümüz odur ki, Gürcüstan hökuməti getdikcə avtokratiyaya doğru irəliləyir”, - deyə Jeanne Shaheen bildirib.
Senator 2024-cü ildə keçiriləcək parlament seçkilərini “müəyyənedici imkanlardan biri” kimi adlandırıb və ABŞ-ın bu seçkiləri dəstəkləməkdə mühüm rol oynayacağını bildirib. O, Samantha Powerdən USAID-in Gürcüstana dəstək məqsədilə uzunmüddətli müşahidə missiyası ilə məşğul olmağı planlaşdırıb-planlaşdırmadığını soruşub.
“Proqramın necə olacağını hələ bilmirəm, amma mən sizinlə qəlbdən razıyam ki, vətəndaş cəmiyyətinə qarşı hücumlar, son vaxtlar qeydiyyata alınan bəzi qanunlar son dərəcə narahatedicidir. Digər tərəfdən, geri çəkilmə bizə Gürcüstanda vətəndaş cəmiyyətinin gücünü və vətəndaşların öz kurslarını möhkəmləndirmək və ya öz demokratik istəklərini həyata keçirmək gücünü göstərir. Düşünürəm ki, biz resursları geniş şəkildə seçkilərə yönəltməliyik, çünki bu, vətəndaşların öz səslərini eşitdirmələri üçün növbəti real fürsətdir və düşünürəm ki, bu, həm qısamüddətli, həm də uzunmüddətli müşahidə missiyalarını əhatə edəcək”, - Samantha Power bildirib.
Senator Jeanne Shaheen Xarici Əlaqələr Komitəsinin bu təşəbbüsü dəstəkləyəcəyini qeyd edib və bildirib ki, USAİD-in uzunmüddətli missiya ilə məşğul olmaq üçün əlavə maliyyəyə ehtiyacı olarsa, bunun mümkün olacağına ümid edir.
“Gürcü Arzusu”nun nümayəndələri amerikalı senatorun qiymətləndirməsi ilə qətiyyən razılaşmırlar və onun Gürcüstanda gedən proseslərdən yetəri qədər məlumatlı olmadığını bildirirlər. Parlamentin İnsan Haqları Komitəsinin sədri Mixeil Sarjveladze bildirib ki, bu gün Gürcüstan heç vaxt olmadığı kimi demokratik ölkədir.
Senator Shaheen Gürcüstanda sonuncu dəfə fevral ayında olub və baş nazir İrakli Ğaribaşvili, prezident Salome Zurabişvili, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. O, 2024-cü il parlament seçkilərinin əhəmiyyətindən Tbilisidə olarkən də danışıb.