Gürcüstanın milli futbol komandası Avropa çempionatının qrup mərhələsində 12,25 milyon avro (təxminən 37 milyon lari) qazanıb.

Bu məbləğin 9,25 milyon avrosu çempionatda iştiraka görə, 500 mini Çexiya ilə heç-heçəyə, 1 milyonu Portuqaliyaya qarşı qalibiyyətə, 1,5 milyonu isə 1/8 finala yüksəlməyə görədir.

"UEFA" İcra Komitəsinin təsdiq etdiyi mükafat sistemi 1/4 final üçün 2,5 milyon avro, yarımfinal üçün isə 4 milyon avronu nəzərdə tutur. "UEFA" ikinci yeri tutan komandaya əlavə 5 milyon avro ödəyəcək, 2024-cü ilin Avropa çempionu isə 8 milyon avro alacaq.

“Avro-2024”ün qrup mərhələsində ən çox qazanan 13,75 milyon avro əldə edən İspaniyadır. Gürcüstan millisi 1/8 finalda İspaniya ilə iyunun 30-da qarşılaşacaq.

Avropa çempionatının debütantı Gürcüstan yığması Türkiyə, Çexiya və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparırdı. İyunun 26-da Gelzenkirxen şəhərində baş tutan həlledici üçüncü görüşdə gürcü futbolçular Xviça Kvaratsxelia və Qiorqi Mikautadze portuqaliyalıların qapısına iki qol vurublar.

Gürcüstan millisi Avro-2024-də 12,25 milyon avro qazanıb

Portuqaliya ilə görüş 2:0 hesabı ilə başa çatıb. Bundan əvvəl Gürcüstan Çexiya ilə heç-heçə edib və ümumilikdə 4 xalla 1/8 finala yüksəlib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur