Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, NATO-nun genişlənməsi davam edəcək və Bosniya-Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı da alyansa “sürükləyəcəklər”. Lukaşenko bu barədə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə geniş tərkibdə görüşü zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Proqnozlar ürəkaçan deyil. Kollektiv Qərbin iştahı və fəallığı daha da artacaq. Vaşinqton və müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir. Mən bunu çox diplomatiyaya getmədən birbaşa deyəcəyəm: demək olar ki, bütün Avropa liderləri ABŞ-ın subyektlərinə çevriliblər. Avropa İttifaqının ərazisində kimin siyasətinin, kimin maraqlarının dominant olduğu şübhə doğurmur.
Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya-Herseqovina, Moldova, Gürcüstan, Serbiya alyansa sürükləyəcəklər və bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ukrayna liderləri ilə “tərəfdaşlıq” siyasi oyunlarının necə başa çatdığını hamı xatırlayır: “dəyişiklik agentləri təbəqəsinin formalaşması ilə hərbi-siyasi oriyentasiyanın sonraki daha da qərbpərəstliyə doğu dəyişməsi və müharibə ilə”. İndi Ukrayna ilə də oynayırlar. Bloka qoşulmanın qeyri-müəyyən perspektivindən Qərb kuratorları Kiyev hakimiyyətini hərbi əməliyyatları davam etdirməyə həvəsləndirmək və təhrik etmək üçün uğurla istifadə edirlər”.
Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin təhlükəsizliyinə birbaşa təhdid hesab edir və 2022-ci ilin fevralında Ukraynada müharibənin başlamasının səbəbinin bu olduğunu iddia edir. Lakin Ukraynanın işğalı əks nəticə verib - uzun müddət hərbi neytrallıq saxlayan İsveç və Rusiyanın bilavasitə qonşusu Finlandiya NATO-ya daxil olmaq qərarına gəlib.
“Şimali Atlantika Müqaviləsi Təşkilatına”, NATO-ya qoşulmaq Gürcüstanın b’yan etdiyi seçimidir. 2017-ci ildə Gürcüstan Konstitusiyasına 78-ci maddə əlavə edilib ki, bu da konstitusiya orqanlarının Gürcüstanın Avropa İttifaqı və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görmək öhdəliyini müəyyən edir. “Milli-Demokratiya İnstitutu”nun 2023-cü ilin dekabrında dərc etdiyi araşdırmanın nəticələrinə görə, əhalinin 79%-i Gürcüstanın Avropa İttifaqına daxil olmasını, 67%-i NATO-ya üzvlüyünü dəstəkləyir.